"Atletiko" "Barselona" ilə oyuna ciddi itkilərlə çıxacaq

"Atletiko" "Barselona" ilə oyuna ciddi itkilərlə çıxacaq
GÜNDƏM 28 Yanvar 2015 / 10:49 5000
-  A +

"Atletiko" İspaniya kubokunun 1/4 finalında "Barselona"ya qarşı cavab matçına ciddi itki ilə çıxacaq.

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Madrid klubundan Koke və Tiaqo Mendeş sözügedən oyunu buraxacaq. Buna səbəb hər iki futbolçunun zədəli olmasıdır.

Qeyd edək ki, "Atletiko" - "Barselona" matçı bu gün keçiriləcək. Bu komandalar arasında ilk oyunda "Barselona" 1:0 hesabı ilə qalib gəlib.

Daha çox


Son xəbərlər