Millimizin Malta ilə matçının yeri dəyişdi

Millimizin Malta ilə matçının yeri dəyişdi
GÜNDƏM 24 Yanvar 2015 / 15:18 4443
-  A +

"Avro-2016"nın seçmə mərhələsində martın 28-də Azərbaycan və Malta milli komandaları arasında qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Qol.Az-ın məlumatına görə, bu barədə xəbəri AFFA-nın rəsmi saytı yayıb.

Qeyd edək ki, bu oyunun əvvəlcə “Bakcell Arena”da keçirilməsi nəzərdə tutulmuşdu. Lakin eyni gündə Bakıda 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının elit-raund qarşılaşmaları da keçiriləcəyi nəzərə alınaraq, AFFA millinin oyununun digər stadionda təşkili ilə bağlı UEFA-ya müraciət ünvanlayıb. Artıq Avropa futbol qurumu bu müraciəti müsbət cavablandırıb.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu