“Atletiko” “Bakı”ya futbolçu göndərir?

“Atletiko” “Bakı”ya futbolçu göndərir?
GÜNDƏM 21 Yanvar 2015 / 16:40 7315
-  A +

Madridin “Atletiko” klubu son vaxtlar ciddi maliyyə problemləri olan “Bakı”ya köməklik göstərə bilər.

Bu barədə Qol.Az-a “Bakı”nın icraçı direktoru Yaşar Seyidov məlumat verib.

Onun sözlərinə görə, “Atetiko”  kömək məqsədi ilə bir neçə futbolçusunu “Bakı”ya göndərə bilər:

“Ən çətin vaxtlarında biz “Atletiko”ya dəstək olmuşuq. Yəni 18 ildən sonra onların qazandıqları uğurlar “Land of fire Azerbaijan”la bağldır. İndi isə “Bakı”nın vəziyyəti ürəkaçan deyil. Buna görə də “Atletiko”nun “Bakı”ya müəyyən köməklik göstərməsi gözlənilir. Klub prezidenti Hafiz Məmmədov İspaniyada olarkən “Atletiko”nun rəhbərliyi ilə görüşüb.  “Atletiko”nun əvəzedici heyətinin bir neçə futbolçusunun mövsümün sonuna qədər “Bakı”ya kömək etməsi müzakirə olunub”.

Y.Seyidovunun sözlərinə görə, Madrid klubu hətta “Bakı”nın sabiq baş məşqçisi Milinko Pantiçi geri qaytara və onun maaşını ödəyə bilər: “Hələ ki,ancaq şifahi danışıqlar olub. İndi hər şey Madrid klubundan asılıdır”.

Y.Seyidov  “Bakı” ilə əməkdaşlıq edən “Atletiko”nun səhmlərinin 20 faizinin Çin şirkəti tərəfində alınmasına da münasibət bildirib: “Bu ilin may ayına qədər “Atletiko” ilə əməkdaşlıq müqaviləmiz var. May ayında yenidən klublar arasında danışıqları olacaq. Hansı qərar veriləcəyini indidən deyə bilmərik. Bəli, biz müqaviləni uzatmasaq, onda Çin şirkəti “Atletiko”nun formalarına da başqa ad yazdıra bilər”.

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq