“Çernomorets”in qapıçısı “Qəbələ”də

“Çernomorets”in  qapıçısı “Qəbələ”də
GÜNDƏM 15 Yanvar 2015 / 15:03 4059
-  A +

Türkiyədə təlim-məşq toplanışını davam etdirən “Qəbələ” heyətinə yeni qapıçı cəlb edib.

Bu barədə Qol.Az-ın Antalyaya ezam olunmuş müxbirinə klubun meneceri Zaur Əzizov məlumat verib.

Baş məşqçi Roman Qriqorçukun sabiq komandası “Çernomorets”lə yollarını ayıran qapıçı Dmitri Bezotosnı bu gün “Qəbələ”nin düşərgəsinə qoşulub.

31 yaşlı ukraynalı qolkiperlə mövsümün sonuna qədər müqavilə imzalanacağı gözlənilir.

Qeyd edək ki, D.Bozetosnı "Çernomorets"lə yanaşı Ukraynaın "Tovtrı" və "Metallurq" (Zaporoje) klublarında da çıxış edib.

Daha çox


Son xəbərlər