Rauf Əliyev: "Fiziki cəhətdən problemlərimiz var"

Rauf Əliyev: "Fiziki cəhətdən problemlərimiz var"
GÜNDƏM 15 Yanvar 2015 / 11:16 2774
-  A +

"Neftçi"nin yeni transferi Rauf Əliyev Səudiyyə Ərəbistanın "Hajer" klubuna 3:1 hesabı ilə qalib gəldikləri yoxlama oyununu şərh edib.

Qol.Az-ın məlumatına görə, o, matçdan sonra klubuna telekanalına açıqlamasında bunları deyib:
 
"Həm "Neftçi"nin, həm də mənim birinci yoldaşlıq görüşüm idi. Bir həftə olmasına baxmayaraq, yaxşı oyun göstərə bildik və qalib gəldik. Sevindirici haldır ki, "Neftçi" ilə ilk oyunumda iki qol vurdum. Amma fiziki cəhətdən problemlərimiz var və bunun üzərində çalışmalıyıq. Komandaya uyğunlaşmaqda bir az çətinlik çəkirəm. Növbəti matçlarda daha yaxşı oynayacağıq. İnanıram ki, çempionatın ikinci yarı başlayana kimi komanda yaxşı formada olacaq".


Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır