Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçkinin səhhətində problem yaranıb.
Qol.Az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu barədə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu məlumat verib.
M.Nərimanoğlu bildirib ki, xorvatiyalı mütəxəssisin soyuqdəymə üzündən bədən hərarəti 40 dərəcəyə yüksəlib. Ona görə də R.Prosineçkinin Türkiyənin Antalya bölgəsinə bu günə nəzərdə tutulan səfəri təxirə salınıb. AFFA rəsmisi baş məşqçinin Türkiyəyə yanvarın 11-də yollanacağını açıqlayıb.
Qeyd edək ki, Robert Prosineçki Antalyaya Azərbaycan klublarının hazırlıq prosesini izləməyə getməli idi.
"Qələbə istəyiriksə, Vinisius meydanda olmalıdır"
FİFA milli komandaların yeni siyahısını açıqladı
"Tottenhem"in müdafiəçisi mövsümü başa vurdu
"Barselona" yeni qapıçı axtarışına başladı
Mərakeş FİFA və CAF-ı məhkəməyə verir
"Mançester Siti" millinin futbolçusunu transfer etdi - Rəsmi
Azərbaycanlı balasının “San Siro”dakı möhtəşəm qolu - Video
Ronaldo sabiq klubuna "qalib gəldi"
"Şamaxı"dan qışın ilk transferi
FİFA prezidentindən finaldakı qalmaqala sərt reaksiya gəldi
Tanınmış diktordan maraqlı “Qarabağ” açıqlaması - Video