"Neftçi"nin son rəqibi müəyyənləşdi

"Neftçi"nin son rəqibi müəyyənləşdi
GÜNDƏM 5 Yanvar 2015 / 11:10 3379
-  A +

Yanvarın 11-dən etibarən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq "Neftçi"nin son rəqibi müəyyənləşib. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, hazırlıq çərçivəsində "ağ-qaralar" son yoxlama görüşünü ötən mövsüm Rumıniya çempionatının bürünc medallarını qazanmış "Petrolul" klubuna qarşı keçirəcək. Oyun yanvarın 23-də baş tutacaq.

Qeyd edək ki, "Neftçi" Antalyada təlim-məşq toplanışı çərçivəsində 6 yoxlama matçında qüvvəsini sınayacaq.

Daha çox


Son xəbərlər