“Barselona”dan ayrılmaq istəmirəm” - Dani Alveş

“Barselona”dan ayrılmaq istəmirəm” - Dani Alveş
GÜNDƏM 3 Yanvar 2015 / 01:30 4062
-  A +

“Mən “Barselona”nın futbolçusuyam və klubumu dəyişməkdə maraqlı deyiləm. Yaya qədər komandamdamda oynamaq istəyirəm, sonra isə baxarıq...”

Qol.Az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə,  bu sözləri “Barselona”nın futbolçusu Dani Alveş komandadan ayrılmaq istəməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Braziliyalı müdafiəçi gələcək karyerası haqda qərar vermədiyini bildirib: “Hələ ki, klubun mənə yeni təklif irəli sürməyib. Ancaq mən bundan narahat deyiləm. Qoy necə lazımdırsa, elə də olsun”.

Qeyd edək ki,  2008-ci ildən “Barselona”dan çıxış edən Alveşin müqaviləsi mövsümün sonunda bitəcək.

Daha çox


Son xəbərlər