"2014-cü il mənim üçün uğurlu olmadı" - Ruslan Abışov

"2014-cü il mənim üçün uğurlu olmadı" - Ruslan Abışov
GÜNDƏM 30 Dekabr 2014 / 17:12 3193
-  A +

"2014-cü ili karyera baxımından uğurlu olduğunu deyə bilmərəm. Tez-tez zədələrlə üzləşdim, istədiyim oyunu nümayiş etdirə bilmədim".
 
Qol.Az-ın məlumatına görə, bu sözləri "Qəbələ" klubunun futbolçusu Ruslan Abışov 2014-cü ili dəyərləndirərkən deyib.

"2015-ci ilin daha uğurlu və düşərli olacağına inanıram. Ümid edirəm ki, 2014-cü ildəki xoşagəlməz hallar 2015-ci ildə təkrarlanmayacaq. Özümə, kollektivə, ailəmə və xalqımıza bol uğur və sağlamlıq diləyirəm" - deyə o qeyd edib.

Daha çox


Son xəbərlər