"Çelsi" Torresi "Milan"a satdı

"Çelsi" Torresi "Milan"a satdı
GÜNDƏM 28 Dekabr 2014 / 11:01 5403
-  A +

Cari mövsümü icarə əsasında “Milan”da çıxış edən Fernando Torres İtaliya klubu ilə yeni müqavilə imzalayacaq.

Qol.Az-ın məlumatına görə, bu haqda xəbəri hücumçunun məxsus olduğu “Çelsi”nin rəsmi saytı yayıb.

İspaniyalı futbolçu gələn ilin yanvarında “Milan”la  müqavilə imzalayacaq. Müqavilənin dəyəri və müddəti haqda açıqlama verilməyib.

Torresin daimi əsaslarla "Milan"ın futbolçusu olduqdan sonra İtaliya təmsilçisinin onu mövsümün sonu Madrid "Atletiko"suna icarəyə vərəcəyi istisna olunmur.

Qeyd edək ki, Torres 2011-ci ildən “Çelsi”də çıxış edir. O, London klubunun heyətində 172 matça çıxıb və 45 qol vurub.

Daha çox


Son xəbərlər