“Qarabağ”ın üç rəqibi bəlli oldu

“Qarabağ”ın üç rəqibi bəlli oldu
GÜNDƏM 26 Dekabr 2014 / 13:02 8543
-  A +

Qış fasiləsinə turnir cədvəinin ilk pilləsində yollanan “Qarabağ” Antalyada təşkil olunacaq təlim-məşq toplanışında 6 yoxlama oyunu keçirəcək.

Qol.Az-ın məlumatına görə, artıq rəqiblərdən üçü bəllidir.

Ağdam təçsilçisi yanvarın 17-də Xorvatiyanın “Split” klubu ilə qarşılaşacaq. Sön ölkə çempionu yanvarın 21-də İsveçrənin “Sürix” klubu ilə qüvvəsini sınayacaq. Yanvarın 29-da isə “Qarabağ” “Qəbələ”nin sabiq baş məşqçisi Yuri Syominin çalışdırdığı Rusiyanın “Mordoviya” klubu ilə üz-üzə gələcək.

Xəbəri klubun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov təsdiqləyib.

“Qarabağ”ın digər üç rəqibinin adına yaxın günlərdə aydınlıq gələcək.

Daha çox


Son xəbərlər