"Neftçi" Türkiyədən futbolçu transfer edir

"Neftçi" Türkiyədən futbolçu transfer edir
GÜNDƏM 19 Dekabr 2014 / 14:33 8394
-  A +

“Neftçi” klubu qış fasiləsində heyətini yeni hücumçu ilə gücləndirəcək.

Qol.Az-ın fanat.az-a  istinadən yaydığı xəbərə görə, paytaxt klubu Rəhman Hacıyevlə razılığa gəlib.

Türkiyə I divizionunda mübarizə aparan "Qaziantep BB"in hücumçusu son dövrlər əsas heyətə düşməyə çətinlik çəkir. Son üç oyunda isə onun adı “18-liy”ə salınmayıb. Qış fasiləsində 21 yaşlı futbolçu ilə rəsmi müqavilə imzalanacağı gözlənilir.

“Neftçi”nin baş məşqçisi Arif Əsədov Qol.Az-a açıqlamasında xəbəri təkzib etməyib: “Hər hansı transfer rəsmiləşərsə, bu haqda klubumuzun saytı vasitəsilə ictimaiyyətə ətraflı məlumat veriləcək”.

Qeyd edək ki, R.Hacıyev daha əvvəl “Bakı” və “Sumqyıt”ın şərəfini qoruyub.

Daha çox


Son xəbərlər
Topaz Desktop Banner