Millimizin rəqibinin yeni baş məşqçisi müəyyənləşdi

Millimizin rəqibinin yeni baş məşqçisi müəyyənləşdi
GÜNDƏM 17 Dekabr 2014 / 21:46 3543
-  A +

Millimizin "Avro-2016"nın qrup mərhələsindəki rəqibi Bolqarıstan millisinin yeni baş məşqçisi müəyyənləşib.

Qol.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, Lyuboslav Penevin istefaya göndərilməsindən sonra boş qalmış məşqçi vəzifəsinə İvaylo Petev gətirilib. Onunla üç illik müqavilə imzalanıb. 39 yaşlı mütəxəssislə imzalanan müqavilə gələn il, yanvarın 1-dən qüvvəyə minəcək.

Xatırladaq ki, İ.Petev 2010-2013-cü illərdə “Ludoqorets”də baş məşqçilik edib. Onun  son iş yeri Kiprin AEL klubu olub.

Əlavə edək ki,  İ.Petevin bu mövsüm "Qəbələ"ni çalışdıracağı gözlənilirdi.

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner