"Ev oyunlarında xallar itirməsəydik..." - Tərlan Əhmədov

"Ev oyunlarında xallar itirməsəydik..." - Tərlan Əhmədov
GÜNDƏM 17 Dekabr 2014 / 16:37 2756
-  A +

"Komanda bundan öncəki turda çıxış etmədi. Müəyyən fasilə vardı. Yoxlama görüşü keçirə bilməsək də, futbolçularla söhbət etmişdim. Biz qələbə qazanmaqla ailəsində problem olan klubun vitse-prezidenti Fikrət Hüseynova dəstək nümayiş etdirdik".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Premyer Liqanın 17-ci turunda qalib gəldikləri "Bakı" ilə oyundan (3:1) sonra keçirilən mətbuat konfransında deyib.  

T.Əhmədov komandasının bu görüşdə vacib qələbə qazandığını bildirib: "Həmişə demişəm - komanda öz oyununu irəliləyən vaxtlarda tapacaq. “Bakı” ilə matçda futbolçular biz istədiyimiz kimi mübarizə apardılar. Qələbə çox vacib idi. 3 xal qazanmaqla yanaşı, turnir cədvəlindəki yerimizi yaxşılaşdırdıq.

Ümumiyyətlə, ev oyunlarında xallar itirməsəydik, daha yaxşı pillələrdə olardıq. Həmin xal itkiləri məni hələ də təəssüfləndirir. Qarşıda bizi “Xəzər Lənkəran”la oyun gözləyir. Heyətdə zədəli oyunçuların olması bizi qayğılandırır. Amma meydançaya çıxan futbolçular sübut etdilər ki, onlar da əsas heyətdə mübarizə aparmağa layiqdirlər".

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır