"Qalib gəlmək şansımız çox idi" - Leroy Corc

"Qalib gəlmək şansımız çox idi" - Leroy Corc
GÜNDƏM 12 Dekabr 2014 / 16:45 6174
-  A +

"Bu oyunda qələbə qazanmaq üçün meydanda həqiqətən savaşdıq. Amma bəxtimiz gətirmədi. Komandada olan futbolçularımızın sayı çox deyil".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Leroy Corc Avropa Liqasının qrup mərhələsinin son turunda 0:0 bərabərə qaldıqları "İnter"lə oyundan sonra jurnalistlərə açıqlamasında deyib. 

Zədəli futbolçuların çoxluğundan gileylənən təcrübəli futbolçu Vüqar Nadirovun zədələnərək meydanı tərk etməsinin də planları pozduğunu bildirib: "Zədəli futbolçuların da sayı çoxdur. Ehtiyatda olan futbolçulardan yaxşı oynayanlar var, ancaq onların təcrübələri azdır. Buna görə də bir qədər çətindir. Vüqar Nadirovun da zədələnərək meydanı tərk etməsi planlarımızı pozdu".

Hollandiyalı futbolçu son dəqiqələrdə vurulan qolun hakim tərəfindən qeydə alınmamasının gözlənilməz qərar olduğunu bildirib: "Oyunun bərabər bitməsi bizi çox məyus etdi. Qol epizoduna dəfələrlə baxdıq, orada ofsayd yox idi. Bu gözlənilməz qərar oldu. Amma yenə də, qalib gəlmək şansımız çox idi. Elə 2-3 vəziyyətdə fərqlənməyim üçün yaxşı fürsətim oldu. Həmin anlar demək olar ki, oyunda ən təhlükəli vəziyyətlər idi. Ələ düşən imkanlardan ən azı birini dəyərləndirə bilsəydim, qalib gələcəkdik".

Daha çox


Son xəbərlər
02.05.24  20:40

Avro-2024-ü buraxacaq