"Qarabağ" bizim qəlbimizdə qalibdir" - Ramin Musayev

"Qarabağ" bizim qəlbimizdə qalibdir" - Ramin Musayev
GÜNDƏM 12 Dekabr 2014 / 01:47 6964
-  A +

"Nə demək olar? Sonra da deyirsiniz, azərbaycanlı hakimlər zəifdir".

Qol.Az-ın məlumatına görə, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Avropa Liqasının qrup mərhələsinin son turunda keçirilən “Qarabağ” – “İnter” oyunundan sonra (0:0) jurnalistlərə açıqlamasında deyib.

Riçard Almeydanın matçın son dəqiqələrində vurduğu qolun qeydə alınmamasına münasibət bildirən R.Musayev bundan ediləcək etirazların nəticəsiz qalacağını vurğulayıb: "Bundan sonra nə etmək olar? Etirazların heç bir əhəmiyyəti yoxdur. "Qarabağ" bizim qəlbimizdə qalibdir".


Daha çox


Son xəbərlər