"Onlar Reynaldonun yoxluğunu hiss etdirməyəcək" - Almeyda

"Onlar Reynaldonun yoxluğunu hiss etdirməyəcək" - Almeyda
GÜNDƏM 10 Dekabr 2014 / 18:44 8310
-  A +

"Sabah bizi çox çətin oyun gözləyir. Çox ciddi bir rəqibə qarşı oynayacağıq. Çalışacağıq ki, sabah ən yaxşı nəticəni qazanaq".

Qol.Az-ın məlumatına görə, bu sözləri "Qarabağ"ın futbolçusu Riçard Almeyda Avropa Liqasının qrup mərhələsinin son turunda sabah qarşılaşacaqları "İnter"lə oyunöncəsi təşkil olunan mətbuat konfransında deyib.

Braziliyalı futbolçu sabahkı görüşdə bütün gücünü ortaya qoyacağını bildirib: "Zədəli futbolçularımız da bizim qədər həyəcanlı olacaqlar. Onlar hər zaman bizə dəstək olurlar. Təbii ki, Reynaldonun olmaması bizim üçün ciddi itkidir.

Ancaq bizim Vüqar, Muarem və Corc kimi futbolçularımız var. Məncə, onlar Reynaldonun yoxluğunu hiss etdirməyəcək. Meydançada olanda bütün gücümü ortaya qoyuram ki, komandam qalib gəlsin. Sabah o qədər də çılğın olmayacam. Çalışacam ki, ən yaxşı keyfiyyətlərimi ortaya qoyum".

Daha çox


Son xəbərlər
Topaz Desktop Banner