Azərbaycan Premyer Liqasının XV turunun “Qarabağ” - “Neftçi” matçından (0:0) sonra "Neftçi”nin müdafiəçisi Denis Silva jurnalistlərin suallarını cavablandırıb. O, Qol.Az saytının da sualına cavab verib.
- Oyun necə keçdi?
- Çox çətin qarşılaşma oldu. Hər iki komanda sonadək mübarizə apardı. Azarkeşlər maraqlı matça baxdılar. Təbii ki, bizə qələbə daha vacib idi ki “Qarabağ”la aramızdakı xal fərqini azaldaq. Amma alınmadı. Qarşıda hələ çox oyunumuz var. Əlimizdən gələni edib növbəti oyunlarda qələbə qazanmalıyıq. Turnir cədvəlində birinci yerə keçmək üçün qarşıda hələ çox imkanımız olacaq. Hər şey öz əlimizdədir.
- Hakimlikdən razı qaldızmı?
- Onlar normal idarəçilik etdilər..
- Bizcə, “Qarabağ”ın Avropa Liqasında vacib oyunu olduğu üçün çox güc sərf etmədi. Əgər “Neftçi” çempionluğa oynayırsa, niyə bundan lazımınca istifadə edə bilmədi?
- Təbii ki, biz bu oyunda “Qarabağ”ı məğlub etməliydik. Amma futbolda hər zaman istədiyin nəticəni qazanmaq olmur.
- Rəqibin heyətində daha təhlükəli olan Reynaldonun yoxluğu işinizə yaradımı? Emeqara onun qədər təhlükəli oldumu?
- Emeqara və Reynaldo fərqli oyunçulardır. Emeqaranın bir neçə oyununu izləmişəm. Onun arxasınca danışmaq istəmirəm. Bəlkə də bu gün oyunu alınmadı. Reynaldo daha çox mübarizə aparan futbolçudur. O oynasaydı, bizə daha çətin ola bilərdi.
- “Neftçi” ardıcıl üç oyundur ki, bir xalla kifayətlənir...
- Bu oyunlarda qalib gəlmək imkanımız olub. Ancaq şanslarımızdan istifadə edə bilməmişik. Biz oyunu hiss eləmək istəyirik. Bəzi şeylər istədiyimiz kimi alınmır. Çox çalışsaq da, bəxt üzümüzə gülmür.
- “Qarabağ” ın Avropa Liqasında “İnter”lə Bakıda keçiriləcək oyunda şanslarını necə dəyərləndirərdiz?
- “Qarabağ” yaxşı komandadır. “İnter”ə qarşı oyunda çalışsa və mübarizə aparsa, istədiyi nəticəni qazanacaq. Düşünürəm ki, onlar qalib gəlib qrup mərhələsini adlayacaq.
Ergün SEYİD
“Meydanda pul rol oynamır” - Fərid Namazov
“Epizodlarımızdan yararlana bilmədik” - Zaur Həşimov
"İmişli"nin qələbəsindən - Video
“Onu komandada saxlamalı idilər”
Toralın klubundan növbəti qələbə
Vüsal oynadı, komandası qalib gəldi
"Qəbələ" - "Şamaxı" matçından - Video
“Kəpəz” klubunda yeni təyinat
“3 oyundur qol vura bilmirik, bu, normal deyil” - Sxadadze
“Qəbələ" mövsümün ən yaxşı oyununu keçirdi” - Azər Bağırov
Acun Ilıcalının komandasından ardıcıl 2-ci qələbə
“Ayntraxt” qələbəni əldən verdi
“Bayer”ə qarşı 9 dəqiqədə 2 qol - Bundesliqada ilk dəfə
“Şəfa” - “İmişli”: Heyətlər
Keyndən “Bavariya” ilə bağlı yeni açıqlama
"Fənərbaxça"nın rəqibi 4 qollu matçda qalib gələ bilmədi
O da “Qarabağ”dan ayrıldı, bu ölkəyə getdi - Şəkil
Mourinyodan "Qızıl top"la bağlı: "Siyasət təsir edir"
"Qəbələ" - "Şamaxı" matçının heyətləri açıqlandı
“Qalatasaray” və “Fənərbaxça” üçün ÇL təqvimi bəlli oldu
“Milan” futbolçusunu “Komo”ya göndərdi
"Napoli" onu icarəyə verdi
“Barselona” Bakıda bu tarixdə oynayacaq!
“Sabah”ın oyunlarının təqvimi - Çempionlar Liqası
Leau "Qalatasaray"a keçidindən danışdı
"Yuventus"dan "Beşiktaş"a
“Liverpul” və “Milan”ın sabiq futbolçusu karyerasını bitirdi
"Neftçi" üçün üçün hər şeyimi verməyə hazıram"