"Minimum vəzifənin öhdəsindən gəldik" - Qurban Qurbanov

"Minimum vəzifənin öhdəsindən gəldik" - Qurban Qurbanov
GÜNDƏM 3 Dekabr 2014 / 18:06 5622
-  A +

“Mərhələni keçməklə qarşıya qoyulan minimum vəzifənin öhdəsindən gəldik. Soyuq havaya baxmayaraq, azarkeşlərimiz bizə dəstək oldular. Onlara təşəkkür edirəm".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov MOİK-lə kubok matçından (4:2) sonra keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis oyunda hər şeyin normal olduğunu bildirib: "Düşünürəm ki, oyunda hər şey normal oldu. MOİK klubuna uğurlar arzu etmək istəyirəm. Biz isə növbəti oyuna hazırlaşmalıyıq”.

Daha çox


Son xəbərlər
04.05.24  17:51

"Arsenal"dan qələbə