"Qələbə qazansaq da..." - Tərlan Əhmədov

"Qələbə qazansaq da..." - Tərlan Əhmədov
GÜNDƏM 3 Dekabr 2014 / 15:42 2560
-  A +

“Bakıdan gələndə bilirdik ki, çox ağır oyun olacaq. Meydançanın vəziyyəti və hava durumu oyunun gözəlliyinə təsir etdi".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov "Neftçala" ilə kubok matçından (2:1) sonra keçirilən mətbuat konfransında deyib.

T.Əhmədov komandasının oyunundan razı qalmadığını bildirib: "Sevindiyim məqam da var. Azərbaycan çempionatının birinci dəstəsində “Neftçala” kimi mübariz komandanın olmasına görə şadam. Rəqib 90 dəqiqə mübarizə apardı. “Neftçala”nın potensialı var. Rəqibin rəhbərliyini və baş məşqçi Kamal Quliyevi təbrik edirəm. Qələbə qazansaq belə, oyundan razı qalmadım. Görüləsi işlərimiz çoxdur”.

Daha çox


Son xəbərlər
05.05.24  13:19

Messidən MLS rekordu

04.05.24  17:51

"Arsenal"dan qələbə