Prosineçki: "Belə oyuna görə Bakıdan bura gəlməyə dəyərdi"

Prosineçki: "Belə oyuna görə Bakıdan bura gəlməyə dəyərdi"
GÜNDƏM 30 Noyabr 2014 / 22:47 9217
-  A +

"Çox maraqlı və sürətli oyun gördüm. Çoxlu qollar vuruldu, belə oyuna görə Bakıdan bura gəlməyə dəyərdi".

Sportnet.az-ın Zaqatalaya ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu Premyer Liqanın XIV turunda "Simurq" - "Qarabağ" matçını izləyən Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə namizəd Robert Prosineçki deyib.

Xorvatiyalı mütəxəssis "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşan matçda özü üçün bəzi nəticələr çıxararaq, qeydlər etdiyini bildirib: "Son dörd gündə ikinci dəfədir "Qarabağ"ın oyununu gördüm. Hiss olunurdu ki, matçın əvvəlində Ağdam komandası öz oyunun qura bilmirdi, bunu qarşılaşmanın gedişində bacardı".

Daha çox


Dünya Çempionatı 2026
Son xəbərlər
topaz banner