"İlk hissədə daha üstün oynadıq" - İbrahim Uzunca

"İlk hissədə daha üstün oynadıq" - İbrahim Uzunca
GÜNDƏM 29 Noyabr 2014 / 16:33 2300
-  A +

"Başabaş mübarizə apardıq. Ani səhvdən sonra qapımıza qol vuruldu".

Qol.Az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, bu sözləri "Bakı"nın baş məşqçisi İbrahim Uzunca Premyer Liqanın 14-cü turunda məğlub olduqları "İnter"lə oyundan (0:1) sonra keçirilən mətbuat konfransında deyib.

Türkiyəli mütəxəssis komandasının ilk hissədə daha üstün oynadığını bildirib: "Biz ilk hissədə daha üstün oynadıq. Qol da vura bilərdik. Əgər qol vursaydıq, hesab fərqli olacaqdı. Hazırda akademiyanın yetirmələrinə şans veririk. Çalışırıq ki, həmin oyunçular gələn il komandanın əsasını təşkil etsinlər".

Daha çox


Son xəbərlər