Artıq üçüncü gündür, Sent-Etyen şəhərindəyik. Azərbaycanın bir qrup idman jurnalistinin bura gəlişinin səbəbini izah etməyə yəqin ki, ehtiyac yoxdur. Bəli, “Qarabağ”a görə Fransadayıq. Azərbaycanda hamı kimi, biz də səbirsizliklə oyunun başlamasını gözləyirik.
Təbii ki, oxucu üçün “Qarabağ”ın düşərgəsində nələrin baş verməsi daha maraqlıdır. Məlum, “Qarabağ”dan uğur gözləyənlər çoxdur. Hələ Bakıdan təyyarə ilə bura gəldiyimiz ilk dəqiqədən hiss edirəm ki, “Qarabağ”da hamı - baş məşqçi, futbolçular, klun rəhbərliyi yalnız uğura köklənib. Komandada ab-hava yüksək səviyyədədir. Hətta zədəli Cumbinyo və Diasın sırasına Reynaldonun da qoşulması futbolçuların ovqatını korlamayıb. Dünən mətbuat konfransında (yeri gəlmişkən, konfransda bir problem yaşandı ki, buna da az sonra toxunacağam) Qurban Qurbanov bununla bağlı dedi ki, Reynaldonun yoxluğunu düşünərək meydana çıxmaq futbolçulara və ümumən komandaya mənfi təsir edə bilər. Yeri gəlmişkən, Qurban müəllimin “bu oyun bizim üçün rahat olacaq, çünki artıq rəqibimizi tanıyırıq” sözlərinə xüsusi diqqət yetirmək lazımdır. Bu, bir daha “Qarabağ”dakı psixoloji durumun yüksək olduğunu göstərir. Belə mühüm oyun öncəsində psixoloji amil mühüm əhəmiyyət daşıyır. Qurban hoca sağ olsun, komandanı oyuna yaxşı kökləyib.
O, hər şeyə xüsusi diqqət yetirir. Təyyarəmiz Bakıdan qalxandan sonra özü futbolçuların rahatlığının hansı səviyyədə olması ilə şəxsən maraqlanırdı.
Təqdir olunası başqa bir cəhət də var: “Qarabağ”ın futbolçuları yalnız oyun barədə düşünür, futboldan danışır, futbolla nəfəs alır. Giley-güzar kimi çıxmasın, oyuna gedəndə digər komandalardakı həmkarları kimi ancaq bahalı maşın haqda danışmırlar, şit-şit zarafat eləmirlər. Bilirlər ki, futbola belə yanaşmanın axırı yaxşı olmur. Dərk edirlər ki, xorvatlar kimi qapına altı top vurub səni Bakıya göndərərlər.
Qurban müəllim matç ərəfəsində daha bir təqdirolunası addım atdı. Futbolçulara müsahibə verməyi qadağan etdi. Hətta özü də bizdən alicənablıqla xahiş etdi ki, oyuna kimi oyunçularla müsahibə olmasın. Amma müsahibənin olmaması o demək deyil ki, futbolçuların media ilə qeyri-rəsmi ünsiyyətinə də qadağa qoyulub. Əksinə hamı bir-birinə qaynayıb-qarışır. Xüsusilə Rəşad Sadıqovu qeyd eləməliyəm. Onunla həm millinin, həm də “Qarabağ”ın bir neçə oyunu zamanı yol yoldaşlığım olub. Böyük-kiçik yeri biləndi, qətiyyən artıq söhbətlər eləməz. Əsasən futboldan danışırıq. Həqiqətən də maraqlı adamdı, yüksək mədəniyyət sahibidir, özünə və peşəsinə dəyər verən birisidi.
Hə, indi də gəlirəm, yuxarıda dediyim o hadisəyə. Xüsusilə Azərbaycanda hər şeyə mız qoymaq xəstəliyinə tutulmuş jurnalistlərin bilməsi üçün qeyd edim ki, problemlər burada – Avropa və dünyanın nəhəng ölkələrindən olan Fransada da olur. Məsələn, dünən Sent-Etyendəki bu boyda stadionda da (yeri gəlmişkən, stadionlarına söz ola bilməz) internet probleminə rast gəldik ki, bu da ölkəmizdən ezam olunan jurnalistlərin fəaliyyətinə problem yaratdı. Bu problemə görə, mətbuat konfransı bir neçə dəqiqə gecikdi də. Dedik, xahiş edirik, problemi həll edin, cavab verdilər ki, edə bilmirik, konfrans zalında internet olmayacaq. Yox, faciə-filan baş verməyib, sadəcə, bu faktı ona görə qeyd edirəm ki, həmin problemin oyuna qədər – özü də Avropa Liqasının qrup oyununa qədər həll olunub-olunmayacağı da sual altındadır. Hər halda, stadionun işçiləri bizə belə dedilər. Odur ki, əziz oxucu, əgər bu gün oyunun gedişatı zamanı “Qarabağ”la bağlı xəbərlərin yayımında gecikmə olarsa, bizi üzürlü sayın:)) Təqsir, Fransa müsyölərinin olacaq.
Hələlik isə səfərimiz yaxşı keçir. Sent-Etyenin havasını çox bəyənmişik. Düzdür, şəhər bugünkü oyunla alışıb-yanmır, hamı öz iş-gücündədir. Axşam saat 6-7-dən sonra burada həyat sanki ölür. Küçədə insanların sayı azalır, 10-11-dən sonra sonra demək olar ki, şəhərdə heç kim olmur. Əlbəttə, Sent-Etyen barədə çox yazmaq fikrim yoxdur. Bu, başqa mövzudur. Amma matça görə alışıb-yanmamaq o demək deyil ki, sent-etyenlilər bu oyuna laqeyddilər. Laqeyd olsaydılar, görüşə 30 mindən çox bilet satılardımı?
Amma üzücü bir faktı da qeyd eləməliyəm. Bu gün “Qarabağ”a stadionda dəstəyin cox az olacağı gözlənilir. Hər halda, bildiyimə görə, Fransada və Avropada yaşayan azərbaycanlılar tərəfindən biletə görə kluba müraciət edənlər çox az olub. Ola bilər ki, stadionda “Qarabağ”a uzağı 100 azarkeş dəstək versin. Onların da böyük əksəriyyəti Sent-Etyendə yaşayan Türkiyə türkləri olacaq.
Hə, bu da Azərbaycan və Qarabağ həqiqətləri... Təkcə işğal günləri aksiyalar keçirib bunu TV kanallarında reklam eləməklə iş bitmir. Gəlib də Qarabağımızın mənəvi yadigarı “Qarabağ” komandası düz ayağınıza kimi, niyə bu qədər laqeyidik?
Nə isə... Əhvalımızı korlamayaq. Dediyim kimi, burada ab-hava yüksəkdir. Sizlər – Azərbaycanda bu oyunu gözləyən azarkeşlər də, biz jurnalistlər də, komanda da bütövlükdə qələbəyə köklənib. Əsas odur, hamımızda inam var...
İnanaq, uğura, qələbəyə inanaq!
Aydın BAĞIROV,
Sent-Etyen
Yamal rekorda imza atdı
"Komandanın vəziyyəti yaxşıdır" - Yuri Vernidub
"Barselona" bu transferi bitirmək üzrədir
"Neftçi" Serbiya klubuna böyük hesabla qalib gəldi
Azərbaycan güləşçisi Avropa çempionatının finalında
"Sumqayıt"dan ayrıldı, İndoneziya klubuna keçdi
Sadio Mane millidəki karyerasını başa vurdu
"Qəbələ"dən ayrılan futbolçu sabiq klubuna qayıtdı
Portuqaliya millisinin yeni baş məşqçisi açıqlandı - Rəsmi
"Mançester Siti"dən yeni transfer
Avrokuboklarda ən uğurlu həftə
"Araz-Naxçıvan"da braziliyalı qapıçı
Ramiz Məmmədov "Karvan-Yevlax"ın baş məşqçisi oldu
Azərbaycan klublarının avrokuboklardakı 300-cü qolu
Dünya çempionatları rekordunu təkrarladı
"Şəfa" fransalı futbolçu tansfer etdi
Belçika millisində itki: İspaniya ilə oyunu buraxacaq
Vüsalın komandası Konfrans Liqasına məğlubiyyətlə başladı
Fransada DÇ qələbəsinin qeyd edilməsi faciə ilə nəticələndi
“Seltik”ə keçən Kamilo Durandan - İlk açıqlama
Kamilo Duran rəsmən “Seltik”də - 5 illik müqavilə
Mbappedən 60 ilin rekordu
“Qarabağ”a klub tarixinin ən böyük büdcəsini ayırmışıq”
"Araz-Naxçıvan"ın futbolçusu əməliyat olundu
Mbappe və Dembelenin qolları - Video
Azərbaycanın UEFA reytinqində əmsalı artdı
Avropa Liqasında 6 oyun keçirildi
"Zirə" və "Neftçi"nin potensial rəqibləri ilk oyununa çıxdı
DÇ-2026: İlk yarımfinalçı Fransa oldu
Sabiq "Qarabağ"lı bu kluba keçdi
Qurban Qurbanov Elvin Cəfərquliyevdən danışdı
“Qarabağ”ın potensial rəqiblərinin oyununda 5 qol
Kuansaya 2 oyunluq cəza, yarımfinalı buraxacaq
"Qarabağ"ın bizə 10 qol vuracağını gözləyirdilər"
"Barselona"nın yetirməsi "Kristal Pelas"da