"Neftçi"də yeni baş məşqçi

"Neftçi"də yeni baş məşqçi
GÜNDƏM 22 Noyabr 2014 / 19:13 7105
-  A +

“Neftçi”nin əvəzedici komandasına yeni baş məşqçi təyin olunub.

Qol.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Elşən Əhmədovun istefasından sonra boş qalmış bu vəzifə bundan əvvəl "Neftçi"nin U-19 komandasını çalışdıran Samir Əliyevə tapşırılıb.
S. Əliyev hazırda AFFA-nın təşkil etdiyi “A” kateqoriyalı məşqçilik kurslarında iştirak etdiyindən, əvəzediciləri “Xəzər Lənkəran”la sabah keçiriləcək oyuna məşqçi Səttar Əliyev çıxaracaq.

Bundan başqa, “Neftçi”nin U-19 komandasının baş məşqçisi vəzifəsinə Azər Bağırov təyin olunub.

Daha çox


Son xəbərlər
01.05.24  13:09

Qvardiola peşmandır