“Qəbələ” ilə sabahkı oyun daha ağır olacaq”

“Qəbələ” ilə sabahkı oyun daha ağır olacaq”
GÜNDƏM 19 Noyabr 2014 / 18:17 2375
-  A +

“Hazırda komandamız turnir cədvəlində heç də yaxşı yerdə deyil. Geridə qalan oyunları analiz edəndə görürük ki, komandada stabillik çatmır. Yəni bəzən çox yaxşı, bəzən isə zəif çıxış edirik. “Simurq” və “İnter”lə oyunlarda xal itirməməli idik. Həmin görüşlərdə qələbəni qoruya bilsəydik, indi ilk “üçlük”də qərarlaşardıq”. 

Bu sözləri Qol.Az saytına açıqlamasında AZAL klubunun kapitanı Rəşad Abdullayev deyib.

Təcrübəli  yarımmüdafiəçi  Premyer Liqamızın 12-ci turunda sabah “Qəbələ” ilə qarşılaşacaqları oyun haqda da fikirlərini bildirib. O, sabiq komandası ilə oyunun ağır olacağını vurğulayıb:
 
"İlk oyunda “Qəbələ”yə öz meydanında qalib gəlmişik. Ancaq bilirik ki, bu dəfə daha ağır oyun olacaq. Çünki “Qəbələ” çempionluğa oynayan komandadır. Biz də qələbə üçün meydana çıxacağıq.  Çalışacağıq ki, əvvəlki səhvlərimizi təkrarlamayaq. Uzun müddətdir ki, öz meydanımızda qələbə qazana bilmirik. Bu sindromu da qırmaq istəyirik".

Daha çox


Son xəbərlər
19.01.26  02:25

"Barselona" uduzdu

Topaz Desktop Banner