Azərbaycanın peşəkar boksçusu Fariz Məmmədov müsahibəsində həkimlərin ona rinqə çıxmağı qadağan etməsindən və gələcək karyerasından danışıb.
- Həkimlərin sizi rinqə çıxmağı qadağan etdiyi deyilir. Noyabrın sonlarında baş tutacaq AİBA Pro Boxing turnirində iştirak edəcəksinizmi?
– Həqiqətən səhhətimdə problemlər var. Burnumda ciddi əməliyyat keçirtmişəm. Rahat məşq edə bilmirəm. Lakin bərpa kursu artıq sona çatmaq üzrədir. Əvvəlcə demişdilər 3 ay döyüşmək olmaz. Indi demişəm ki, dekabrda rinqə çıxmalıyam. Ona görə 2 aya müalicə başa çatmalıdır. AİBA Pro Boxing turnirinin ikinci turunda iştirak etməyəcəm. Çünki, əks halda səhhətimdə problem artacaq.
- İlk görüşdə Andrey Zamkovoya məğlub oldunuz. İkinci görüşdə iştirak etmədiyiniz halda turnirin finalına vəsiqə qazanmaq şansınız azalır. Belədə dekabrda yenidən Pro Boxing-də mübarizə aparacaqsınız?
– Bu barədə dəqiq söz söyləmək çətindir. Düz deyirsiniz, artıq turnirin finalına çıxmaq şansım azalır. Buna görə peşəkar boksda yarışacam. Hazırda Almaniya şirkətiylə qüvvədə olan müqaviləm var. Dekabrda daha bir görüş keçirə bilərəm. Həmin görüş Avropa ölkələrinin birində olacaq.
- Deməli olimpiadaya getmək istəyiniz arzu olaraq qalacaq…
– Bunu demək hələ tezdir. Olimpiadaya lisenziya qazanmaq şansım azalmayıb. Bakıda keçiriləcək Avropa Oyunları, eləcə də digər turnirlərdə iştirak etməklə lisenziya qazanmaq olar. Sadəcə indi tez bir zamanda sağalmaq istəyirəm.
- Zamkovoya məğlubiyyət karyeranıza təsirsiz ötüşmədi. Yəqin, həmin döyüşü unutmamısınız…
– Bu barədə çox danışmışam. Həmin ərəfədə xəstələnməyim nəticəyə təsir etdi. Zamkovoyla görüşü hər gün xatırlayıram. Hər gün o görüşə təkrar baxıram. Üzüm gülmür ona görə. İnanın ondan revanş almadan idmandan ayrılmayacam. O məğlubiyyəti unutmaq mənim üçün çox çətindir.
- Qəbələdə və Bakıdakı yarışlarda məğlub oldunuz. Növbəti dəfə rinqi məğlub tərk etsəniz bu son bir il ərzində üçüncü uğursuzluq olacaq...
– Heç vaxt həvəsdən düşmürəm. Özümə güvənirəm. Sözsüz əgər lazımi səviyyədə hazırlaşsam rinqi qələbəylə tərk edəcəm. Hazır olmasam rinqə çıxmaram. Sualınıza gəldikdə, əgər yenə uduzsam, boksla birdəfəlik vidalaşacağam.
Mənbə: Sportpress.az
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib