Fariz Nəcəfov: “Bu, xoşagəlməz haldır”

Fariz Nəcəfov: “Bu, xoşagəlməz haldır”
GÜNDƏM 17 Noyabr 2014 / 14:00 4164
-  A +

Azərbaycan Premyer Liqasından xaric edilən “Araz Naxçıvan” klubunun cari mövsüm keçirdiyi bütün oyunlarının nəticələri ləğv edilib. Bu isə bəzi klubarın türnir cədvəlindəki mövqeyinə təsir edib. Naxçıvan təmsilçisinin çempionatdan imtinası ən çox “Qəbələ”nin ziyanına olub. Hər iki oyunda “Araz Naxçıvan”a qalib gələn “Qəbələ”nin aktivindən 6 xal silinib. Bununla da Dorinel Munteanunun komandası 4-cü pillədən 5-ci pilləyə enib.

“Qəbələ” klubunun vitse-prezidenti Fariz Nəcəfov Qol.Az saytının müxbiri ilə söhbətində məsələyə münasibət bildirib. O, “Araz Naxçıvan”ın gözlənilməz qərarının xoşagəlməz hal olduğunu deyib:

“Belə məsələyə münasibət necə ola bilər? Əlbəttə ki, mövsümün ortasında çempionatı tərk etmək mənfi haldır. Ancaq hansı səbəbdən bu qərar ı verdiklərini bilmədiyim üçün bir söz deyə bilmərəm. İstənilən halda xoşagəlməz haldır. Bizim edə biləcəyimiz bir şey yoxdur. Sadəcə, komandanın ruhdan düşməsinin qarşısını almaq lazmdır. Növbəti oyunlarda xal toplayıb yenidən liderlərə çatmalıyıq”.

Daha çox


Son xəbərlər
15.09.25  16:51

FİFA-dan yeni qərar