Dik Advokat Serbiya millisindən getdi

Dik Advokat Serbiya millisindən getdi
GÜNDƏM 16 Noyabr 2014 / 12:30 2847
-  A +

Serbiya millisinin baş məşqçisi Dik Advokat istefa verib.

Qol.Az-ın məlumatına görə, buna səbəb Serbiyanın “AvrO-2016”nın seçmə mərhələsində doğma meydanda  Danimarkaya 1:3 hesablı məğlubiyyəti olub.

Serbiya millisi seçmə mərhələnin ilk iki oyunundan cəmi bir xal qazanıb. Danimarkaya məğlubiyyət isə Advokatın istefası ilə nəticələnib.

Qeyd edək ki, 67 yaşlı mütəxəssis daha əvvəl Hollandiya, Rusiya, Belçika və Cənubi Koreya millilərini çalışdırıb.

Daha çox


Son xəbərlər
15.09.25  16:51

FİFA-dan yeni qərar