İtaliya – Xorvatiya matçı təxirə düşə bilər

İtaliya – Xorvatiya matçı təxirə düşə bilər
GÜNDƏM 16 Noyabr 2014 / 11:45 6227
-  A +

“Avro-2016”nın seçmə mərhələsində bu gün keçirilməsi nəzərdə tutulan İtaliya – Xorvatiya matçı təxirə düşə bilər.

Qol.Az-ın məlumatına görə, buna səbəb güclü yağış nəticəsində “San-Siro” stadionun ot örtüyünün yararsız hala düşməsidir. Komandaların oyun öncəsi məşqi də ləğv edilib.

Xorvatiya millisinin baş məşqçisi Niko Kovaç  bildirib ki, bu cür stadionda oynamaq fikrində deyillər: “Əgər ot örtüyü normal vəziyyətə düşməsə belə stdaionda oynamağına dəyməz. Çünki top hərəkət etməyəcək”.

Xatırladaq ki, İtaliya və Xorvatiya millliləri yımamızın yer aldığı H qrupunda mübarizə aparır.

Daha çox


Son xəbərlər
15.09.25  16:51

FİFA-dan yeni qərar