"Millimizin məşqçiləri Norveçin oyunlarını izləyib. İndi düzgün təhlil aparmaq lazımdır. Rəqibin son çıxışlarını izləyəndə görürük ki, artıq kombinasiyalı oyuna üstünlük verirlər. Belə komandara qarşı mübarizə aparmaq çətin olur".
Bu sözləri Qol.Az saytına açıqlamasında tanınmış futbol mütəxəssisi, "Turan" klubunun sabiq baş məşqçisi Əfqan Talıbov yığmamızın "Avro-2016"nın seçmə mərhələsində Bakıda Norveç millisi ilə qarşılaşacağı oyun haqda danışarkən deyib.
O, millimizin hazırda yaxşı günlərini yaşamadığını, buna baxmaraq Norveçlə oyunda yaxşı nəticə qazanmağın mümkün olduğunu bildirib: "Norveçə qarşı oyunda düzgün heyətin seçilməsi əsas şərtlərdən biridir. Bəzi məğlubiyyətlərimizin səbəbi məhz heyətin düzgün seçilməməsi olub. Futbolçularımız bu oyuna ölüm-dirim mübarizəsi kimi yanaşmalıdırlar. Dərk etməlidirlər ki, seçmə mərhələdə ardıcıl dördüncü məğlubiyyət nə deməkdir. Yəni növbəti məğlubiyyət yolverilməzdir. Heç olmasa futbolçular imiclərini qorusunlar. Bu gün bütün komandalar çətinliklə qələbə qazanır. Bizim futbolçular da əziyyətə qatlaşsalar, nəticə olar. Məncə, Norveç millimizdən asanlıqla xal ala bilməyəcək. Çox maraqlı bir oyun olacaq. Hiss edirəm ki, futbolçularımız öz oyunları ilə bütün söz-söhbətlərə nöqtə qoymağa çalışacaqlar. Təbii ki, Norveç də ehtiyatlı oynayacaq. Qarşılıqlı hücumlar şəraitində keçən bir matçın şahidi olacağıq. Düzdür, hazırda millimiz yaxşı günlərini yaşamır. Ancaq Norveçə uduzmamalıyıq. Ümumi futbolumuzun imici naminə yaxşı nəticə qazanmaq lazımdır".
Ə.Talıbov əlavə edib ki, Mahmud Qurbanovun millimizə müvəqqəti baş məşqçi təyin olunması futbolçulara əlavə ruh yüksəkliyi verməlidir: "İndi futbolçularımız daha inamlı və istəkli olmalıdır. Çünki komandamızın məşqçilər korpusu almanlardan yox, azərbaycanlılardan təşkil olunub. İndi məşqçilər fikrini onlara öz dilimizdə çatdırırlar. Yəni Foqtsun futbolçulara başa sala bilmədiyi bəzi dərinlikləri indi onlar daha yaxşı başa düşür. Mahmud Qurbanov və Aslan Kərimov komandanı psixoloji cəhətdən daha yaxşı hazırlaya bilər. Əlbəttə ki, futbolçularda qələbə əzmini yerli məşqçilər daha yaxşı yaradar. İndi səhvlərimizi düzəltməyin vaxtıdır. Norveçə göstərməliyik ki, bizim futbolumuzda da inkişaf var, Xorvatiyaya 0:6 hesablı məğlubiyyət təsadüfi idi".
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib