“Bakı” klubunun sabiq baş məşqçisi Milinko Pantiç Sportpress.az saytına müsahibəsində paytaxt təmsilçisinin son oyunlarından, ölkəmizə qayıtmaq perspektivindən danışıb.
- Sabiq komandanız indi Azərbaycan çempionatında nisbətən zəif heyətlə çıxış edir. “Bakı”nın oyunlarını izləyirsinizmi?
– Mən futboldan ayrılmamışam. Futbol adamı olduğum üçün hər zaman işlədiyim komandayla, rəhbərliyim altında oynayan futbolçularla maraqlanıram. Oyunların nəticələrini öyrənirəm, imkan olanda matçları izləyirəm. Bu gün “Bakı”nın 11 xalı var və mən bunu böyük uğur hesab edirəm. Çempionatda “Bakı”nın heyəti gənclərdən, akademiyanın yetirmələrindən formalaşdırılıb. Bu heyətlə yarışmasına baxmayaraq iddialı klublardan xal almağı bacarıblar. Aqil Məmmədov, Vüqar Bəybalayev, Tural Qurbətov, Elton Hüseynov kimi oyunçular hazırda komandanın əsas simalarıdır.
- Hazırda çempionatda rəqabət əvvəlki mövsümdə olduğu kimi deyil. Bu fikirlə razısınız?
– Çempionatdakı oyunların hamısını görmədiyimdən suala cavab verməkdə çətinlik çəkirəm. “Bakı” ilə yanaşı “Xəzər-Lənkəran”, “Qarabağ”, “Simurq”, “Qəbələ”nin də oyunlarına baxıram. Çünki, bu klubların hər birində bəyəndiyim və vaxtı ilə rəhbərliyim altında oynayan futbolçular çıxış edir. Hər birinə ayrı-ayrılıqda çox hörmət bəsləyirəm. Rauf, Cavid, Əfran, Namiq, Şəhriyar, Vüqar, Vadimi unutmamışam. Xüsusilə Vadim Mustafayevin adını çəkmək istərdim. O, mənim rəhbərliyim altında oynadığı vaxt milliyə dəvət olundu. Gələcəkdə daha güclü futbolçu ola bilər.
- Yenidən futbola qayıtmaq üçün təkliflər varmı?
– Hazırda bir neçə təklif barədə düşünürəm. Müxtəlif ölkə klublarından dəvət almışam. Rusiya, Birləşmiş Ərəb Əmirlikləri, Hollandiya, Qətər, Çin klubları mənimlə işləməkdə maraqlıdır. Müəyyən səbəblərə görə seçim etməyə tələsmirəm.
- “Bakı”nı tərk edən legionerlər və bəzi futbolçular maliyyə ilə bağlı beynəlxalq qurumlara müraciət edib. Bu barədə məlumatınız var?
– Legionerlər müraciət ediblər. Onlar məvaciblərinə görə belə edib. Məhkəməyə müraciət etmələri yaxşı hal deyil. Mən bu addımı atmayacağam. Bu klubla bağlı yalnız xoş xatirələrim var.
- Yenidən “Bakı” klubuna qayıda bilərsinizmi?
– Mənim “Bakı”ya qayıtmağım hər an gündəmdədir. Amma bu təkcə məndən asılı deyil. Hər şeyi klubun prezidenti Hafiz Məmmədov həll edir. “Bakı”ya qayıtmağım Hafiz Məmmədovdan asılıdır.
- Hazırda klubun problemlərinin həll olunmağa doğru getdiyi deyilir. Sizdə bu barədə məlumat var?
– Hafiz Məmmədov təkcə Azərbaycanda deyil, bütün Avropada böyük hörmətə sahibdir. Onun Azərbaycan futbolu üçün gördüyü işlər hamıya məlumdur. Bu gün İspaniyada Madridin “Atletiko” kimi komandası meydana üzərində “Land Of Fire Azerbaijan” yazısıyla çıxır. Hafiz müəllimin Vətənə olan sevgisi sonsuzdur. Üstəlik, o rəhbərlik etdiyi komandanı çox istəyir. Mən əminəm ki, tezliklə komandada heç bir problem olmayacaq. Son müsahibələrinin birində mənim haqda çox xoş sözlər demişdi. Buna görə Hafiz müəllimə təşəkkür edirəm. Biznesdəki yaranan problemlərə baxmayaraq o, işini bilən adamdı. Onun işlərinin tez bir zamanda qaydasına düşəcəyinə əminəm. Eşitdiyimə görə hər şeyi yaxşılığa doğru gedir.
- Kluba yeni gəldiyiniz günlərdə “Bakı”nin prezidenti sizdən nə tələb edirdi?
– Məqsədimiz komandanı daha da gücləndirmək idi. Yerli futbolçuların inkişafını nəzarətdə saxlayırdı. Hafiz Məmmədov hər zaman “Bakı”nı daha güclü görmək istədiyini deyirdi. Əsas məqsəd davamlı uğur qazanmaq üçün çalışmaq olub.
- Sizin adınız bir müddət Azərbaycan millisinin baş məşqçi postuna namizəd göstərilirdi?
– Mənim üçün Azərbaycan millisinin baş məşqçi postuna namizəd olmaq şərəfdir. Adımın namizədlər sırasında hallanması məni qürurlandırır. Fikrimcə Azərbaycan futboluna daha çox kömək edə bilərəm. “Bakı” klubuna gəldiyim gündən öz fəlsəfəmi yeritməyə çalışdım. Gənc oyunçularla daha çox işləməyə üstünlük verirdim və nəticədə göz qabağında idi.
- Sizcə, namizədlər arasında məhz Pantiçə nəyə görə üstünlük verilməlidi?
– Bu barədə fikir bildirməyim düz olmazdı. Adımın namizədlər sırasında olması artıq sevindiricidir. Sadəcə bir məqam var. Bu gün mənim o biri əcnəbi namizədlərdən üstünlüyüm Azərbaycanda 1 il çalışmağımdır. Ölkə futbolu haqda müəyyən informasiyam var və ölkənizə demək olar ki, öyrəşmişəm. Yerli futbolçuların xarakteri mənə məlumdur. Bu mənada onlarla işləmək mənə daha asan olar. Baxmayaraq ki, adım o qədərdə tanınmış deyil.
Zidandan Fransa millisində gözlənilməz dəyişikliklər
İnfantinoya rəqib gəlir?
Karrik getsə, “Mançester Yunayted”in planı bəllidir
"Mən təlxək deyiləm!"
“Napoli”də böhran ayrılıqlara səbəb ola bilər
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
“Ronaldodan millidə qalmasını xahiş etmişdim”
Çempionlar Liqasında həftənin ən yaxşısı bilindi
“Liverpul”un qapıçısı klubdan gedir?
Azərbaycanın millisi Çexiya ilə heç-heçə etdi
Ayın ən yaxşısı kim olacaq?
Daha 4 il "Barselona"da - Rəsmi
Ronaldo: "Bu 23 il üçün təşəkkür edirəm"
FİFA prezidentliyinə namizəd olacaq
Klopp milliyə 24 futbolçu çağırdı
Unay Emeriyə yeni müqavilə təklifi
Ronaldo milliyə vida etdi - Bir eranın sonu
"Kəpəz"in legioneri milliyə dəvət edildi
Keyn Avropanın ən çox maaş alan futbolçusu oldu
İraola “Fənərbaxça”ya məğlubiyyətdən danışdı
Bugünkü oyunları yayımlayacaq kanallar
“Lion”dan ayrıldı, bu kluba baş məşqçi təyin edildi - Rəsmi
Harri Keyn “Bavariya” ilə müqaviləsini uzatdı
Azərbaycan şahmatçısı dünya 3-cüsü oldu
Avrokuboklarda 54 ildən sonra tarixi rekordu təkrarladılar
Misli Premyer Liqasında 11-ci turun hakimləri
1 oyun, 51 nəfər qırmızı vərəqə, dünya rekordu - Video
Həftənin oyunçusu kim olacaq? - 1-i het-trik, 3-ü dubl edib
“Sabah”ın futbolçusu: “Bundan nəticə çıxarmalıyıq”
“Fənərbaxça”dan “Liverpul”a İstanbul şoku - Video
Yaxşı övlad doğma evinə qayıdar! - Almeyda Bakıdadır
Dambrauskas “Vikinq”ə məğlubiyyətin səbəblərini açıqladı
"Fənərbaxça" "Liverpul"a qalib gəldi, "Real"dan qələbə
"Sabah" "Vikinq"ə uduzdu
Amorim narazıdır
"Sabah"da itki - Oyuna davam edə bilmədi
"Vikinq" - "Sabah": Heyətlər
Vinisius göz yaşlarını saxlaya bilmədi
“Qızıl top”un nəticələri əvvəlcədən bəlli olub?
“Liverpul”un sabiq məşqçisi yeni klub axtarışında
Turun ən yaxşısı yenə “Çelsi”dən seçildi
"Fənərbaxça" - "Liverpul" matçının heyətləri açıqlandı
“Bu təqvimin heç bir məntiqi yoxdur” - “Real”dan sərt etiraz
"Şamaxı"nın futbolçusu milliyə dəvət aldı
Ronaldonun çıxış etdiyi liqada təqvim dəyişir
Mbappeyə qarşı epizodda hakim səhv qərar verib