Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona yenidən maraqlı fikirləri ilə diqqət çəkib.
Qol.Az-ın məlumatına görə, "De Zurda TV"yə danışan Maradona "DÇ-2014"ün finalında Almaniya ilə qarşılaşacaq Argentina yığmasının hücumçusu Lionel Messinin yorğun görünməsindən narahat olduğunu bildirib:
"Messi məni üstələsə və dünya kubokunu başı üzərinə qaldırsa, onun qarşısına qırmızı xalça sərəcəm. O, matçın nəticəsini müəyyən edə bilər. Yeganə qorxum onun yorğun olmasıdır. Ancaq belə oyunda yorğun ola bilməzsən. Əgər Argentina finalda uduzsa belə, Messi futbol tarixinin ən yaxşı oyunçusu kimi xatırlanacaq".
Argentina millisinin dünya çempionu olmaq şanslarını da dəyərləndirən Maradona bu haqda belə deyib: "Almaniyanı məğlub etmək mümkünsüz deyil. Argentina bunu bacara bilər. Biz Əlcəzairlə görüşdə başqa, Braziliya ilə oyunda isə tamam ayrı Almaniya gördük. Hər kəs finalda Braziliyanın olacağını düşünürdü. Argentina futbolu imicini itirmişdi. Ancaq hazırda komanda güclənib və nüfuzunu qaytarıb. Argentinalı futbolçuların bu kuboka ehtiyacları var. Cənubi Amerikada Avropa finalının olmasına imkan vermədik. Biz finalda öz qitəmizi təmsil edəcəyik".
Qeyd edək ki, Almaniya - Argentina oyunu sabah gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar