Argentina millisinin hücumçusu Lionel Messi "DÇ-2014"ün finalında qarşılaşacaqları Almaniya ilə oyunöncəsi maraqlı fikirlər səsləndirib.
Qol.Az-ın məlumatına görə, "Bild" qəzetinə danışan Messi indiyə kimi əldə etdiyi bütün uğurları dünya kubokunu qazanmaq üçün qurban verməyə hazır olduğunu bildirib:
"İndiyə kimi idmanda qazandığım bütün şəxsi uğurları dünya çempionluğuna dəyişərdim. Çünki mən dünya çempionu olmağı "Qızıl top" mükafatından üstün tuturam. Futbolçu kimi dünya çempionu olmaq böyük uğurdur. Sən bunu gənc yaşlarından xəyal edirsən və həmin arzu səni heç vaxt tərk etmir. "Barselona"da komanda yoldaşlarım - Xavi, İniyesta və Pikedən dünya kubokunu qazanmağın necə hiss olması ilə bağlı soruşdum. Ancaq onlar bunun sözlə ifadə edilməsinin çətin olduğunu söylədilər. Biz də Argentina millisi ilə bu xəyalı gerçəkləşdirmək üçün hər şeyi edəcəyik".
Qeyd edək ki, Almaniya - Argentina oyunu sabah gecə, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar