Almaniya millisinin sabiq baş məşqçisi Frans Bekkanbauer DÇ-2014-ün iyulun 13-ü keçiriləcək final oyunu ilə bağlı fikirlərini açıqlayıb.
Qol.Az-ın xəbərinə görə, özünün bloqunda o, əvvəlcə Argentina millisi ilə bağlı qeydlər edib:
“Argentina təhlükəli ola bilər. Hollandiya ilə oyunlarına fikir verin. Bütün mundial boyu fəal olan Robben - van Persi cütlüyü həmin matçda gözə dəymədi. Argentina sanki rəqibini boğmuşdu, onları nəfəs almağa qoymurdu. Argentinanın müdafiə xətti Almaniya üçün problem yaradacaq. Bir də rəqibin heyətində Messi kimi superulduzun oynamasını unutmamalıyıq. O, bir dahiyanə hərəkəti ilə finalın taleyini həll edə bilər”.
Almaniya haqda isə Bekkenbauerin fikirləri belə olub: “Almaniyada Neymar və Messi kimi oyunçu olmasa da, vahid komandadılar. Yoahim Löv kimi məşqçiləri, Noyer kimi etibarlı qapıçıları var. Bu komandada “Bavariya”ın altı futbolçusu çıxış edir. Təbii ki, Almaniyanın Argentina ilə görüşdə yarımfinaldakı oyunu təkrarlayacağına təminat yoxdur. Amma bir şey dəqiqdir: Braziliya üzərindəki 7:1 hesablı qələbə onlara böyük ruh yüksəkliyi verib”.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar