Milli komandamızın və "Qarabağ" klubunun kapitanı Rəşad Sadıqovun Qol.Az saytına müsahibəsi
- Zədə səbəbindən yığmamızın ABŞ-la yoldaşlıq oyununda iştirak edə bilmədin. Komandanın kapitanı kimi futbolçularımızın çıxışını necə qiymətləndirirsən, oyundan hansı nəticələr çıxarmaq olar?
- Bu qarşılaşma Bolqarıstanla oyunqabağı son sınağımız idi. Düşünürdük ki, yaxşı nəticə qazanarıq. Ancaq istədiyimiz kimi alınmadı. Heyətdə problemlərimiz çox idi. Komandamızın bir çoxu zədədən əziyyət çəkirdi, oyuna optimal heyətlə hazırlaşa bilməmişdik, problemlərimiz çox idi. Rəqib də güclü idi. ABŞ millisi oynamağımıza imkan vermirdi.
- Zədən ciddidir?
- Həkimlər bir aya tam sağalacağımı deyiblər. Artıq bir həftə keçib. Bundan sonra üç həftə gözləməliyəm. Ağrılarım azalsa, komanda ilə birgə məşqlərə başlayacam.
- "Qarabağ"ın yay toplanışına qədər zədən bərpa oluna bilər?
- Yəqin ki, gecikəcəm. Ola bilər ki, bir toplanışa bir həftə gec qoşulum.
- Bu isə o deməkdir ki, Çempionlar Liqasındakı ilk oyunu buraxa bilərsən.
- Təbii ki, hər bir məşqin öz yeri var. Ancaq çalışacam ki, komandaya mümkün qədər tez qoşulum və ilk oyunda iştirak edim.
- "Qarabağ"la müqavilən başa çatıb. Klubla ilə yeni müqavilə ilə bağlı razılığa gəlmisən?
- Bəli, artıq müqavilə imzalamışam. Daha üç il "Qarabağ"da çıxış edəcəm.
- Deməli, karyeranı "Qarabağ"da başa vuracaqsan.
- Bunu Allah bilir. Bilmək olmaz ki, sabah nə olacaq. Ola bilər komanda özü mənimlə yolları ayırmaq istəsin. Öz fikrimə gəldikdə isə hər şey yaxşı olsa, niyə də "Qarabağ"da qalmayım?
- "Qarabağ"ın yeni transferi Danial Dias haqda fikirlərini bilmək istərdik.
- Bilirəm ki, Portuqaliya çempionatında stabil çıxış edən oyunçu olub. İndidən nəsə deməyə çətinlik çəkirəm. İstərdim ki, hücum xəttində bizə faydası olsun.
- Komandanız ilk dəfə Çempionlar Liqasında çıxış edəcək. Azarkeşlər və futbol ictimaiyyəti bu turnirin Avroliqadan daha çətin olmasını nəzərə almır, "Qarabağ"dan gözləntilər çoxdur. Bu haqda nə düşünürsən?
- Bizdən gözləntilər həmişə böyük olub. Fikirləşmədən bizdən böyük nailiyyətlər umurlar. Baxıram ki, artıq hamı ÇL-nin qrupundan danışır. Bunun asan olacağını düşünürlər. Heç kim püşküt atılmasını, hansı rəqiblə düşəcəyimizi gözləmək istəmir. Düşünmədən qrup mərhələsindən danışırlar. Bu da bizim peşəkarlıqdan uzaq olmağımızı göstərir. Biz püşkatmanı gözləyirik. İyunun 23-də rəqibimiz bilinəcək. Ondan sonra nəsə deyə bilərik. İlk rəqibimizə uyğun məşqimizi edəcəyik.
- Düşünürsən ki, bu gözləntilərin komandaya müsbət təsiri ola bilməz?
- İndidən qrupa düşməkdən danışanlar “Qarabağ”a ziyan vurur. Necə ki, bizi mövsümün sonuna 7-8 tur qalmış çempion elan etmişdilər, indi də həmin şeylər təkrarlanır. Gördüyünüz kimi, çempionatın sonunda futbolçularımızda psixoloji problemlər yaranmışdı. Məşqçilər komandanı oyuna kökləməkdə çətinlik çəkirdi. İndi də ÇL-ın qrupundan danışmağa başlayıblar. Bunlar hamısı ziyanımızadır.
Ramiq AĞAMƏMMƏDOV
“Qarabağ” avrokuboklarla vidalaşdı
UEFA-dan futbol ruhuna həsr olunan yeni mükafat
“Qarabağ” növbəti transferlərini açıqladı
Acun Ilıcalının komandası yeni oyunçu ilə gücləndi
“Fənərbaxça” və “Qalatasaray” hansı rəqiblərlə qarşılaşacaq?
“Futbolçulara robot kimi yanaşılır”
“Qarabağ” - “Tvente” matçı gec başlayacaq
“Karvan-Yevlax”dan növbəti transfer
"İki dəfə dünya gözümün önündə dayandı"
"Qarabağ" "Tvente" ilə oyuna bu heyətlə çıxır
Azərbaycan millisinin qapıçısı Türkiyə klubunda
"Qarabağ"ın rəqibi futbolçusunu göndərə bilər
"Arsenal"dan ayrılacağı gözlənilir
Ukraynalı vinger rəsmən "Ayaks"da
"Beşiktaş" yeni hücumçu transfer etdi
Prezident İlham Əliyevdən "Sabah"la bağlı - Sərəncam
Barkola PSJ-ni bu kluba dəyişir
“Liverpul” yeni formasını təqdim etdi - Şəkillər
"Qarabağ" dayanmır. 1 gündə 3-cü transfer! - Eksklüziv
"Fənərbaxça"dan "Barselona"ya - Rəsmi
17 yaşlı futbolçu “Bavariya”dan ayrıldı
Bu da "Qarabağ"ın 2 yeni transferi!
"Çelsi"dən "Nottingem Forest"ə
Adama Traorenin yeni klubu açıqlandı
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycanı İsveçrədə onlar təmsil edəcəklər
Mbappenin het-triki - Video
İsmayıl Kartal “Lion” üzərində qələbədən danışdı
Fonseka: “Bəlkə də buna görə pis məşqçiyəm”
ÇL-də “Sabah” dominantlığı – Bu göstəricilərdə lider oldular
“Fənərbaxça”nın oyunçusuna hücum edildi, dava düşdü - Video
Çempionlar Liqasının Liqa mərhələsinin bütün iştirakçıları
"Mançester Siti"nin futbolçusu "Nyukasl"da - Rəsmi
ÇL-də pley-off mərhələsinə yekun vuruldu
"Fənərbaxça" 18 ildən sonra ÇL-in əsas mərhələsində
Azərbaycan klublarının yay transferləri - Yenilənir
İtaliya da İnfantinoya üz çevirdi
Çempionlar Liqasının püşkatmasında yeni qayda
"Lion" - "Fənərbaxça" matçının heyətləri açıqlandı
“Mançester Yunayted” formalarını dəyişməli oldu