“Sabah”ın futbolçusu Aleksey İsayev komandasının UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanmasını mərhum bacısına həsr edib.
QOL.az xəbər verir ki, Rusiyanın “Çempionat” nəşrinə danışan futbolçu bacısının uzun sürən xəstəlikdən sonra vəfat etdiyini bildirib. O, bacısının həyatında və futbolçu kimi formalaşmasında böyük rol oynadığını vurğulayıb. İsayev ötən il “Qarabağ”la oyundan əvvəl yaşadığı acı itkini də xatırlayıb:
“Ötən il “Qarabağ”la oyundan əvvəl başıma böyük faciə gəldi: böyük bacım vəfat etdi. Onkologiya... Dəfn mərasimində iştirak etmək üçün Krasnoyarska uçdum və hazırlığın iki gününü buraxdım. Oyuna qayıtdım, amma ehtiyatda qaldım.
Matçdan əvvəl Qurban Qurbanovla stadionun altındakı otaqda qarşılaşdıq. O, mənə yaxınlaşıb dedi: "Başsağlığımı qəbul et. Allah rəhmət eləsin”. Bu insana böyük hörmətim var. Svetlana ağır xəstə idi. İki il ona kömək etməyə çalışdım, amma təəssüf ki, bacarmadım. Bu qələbəni və Çempionlar Liqasına vəsiqə qazanmağımızı ona həsr etmək istəyirəm".
A.İsayev onu bacısının böyütdüyünü söyləyib: "Əslində, məni futbola gətirən də o olub. Dekabr ayında, 30 dərəcə şaxtada məni Krasnoyarskdakı idman zalına aparmışdı. Anam bütün həyatı boyu bizi dolandırmaq üçün işləyib. Məni əsasən bacım böyüdüb. Krasnoyarskda Svetlananın iki övladı qalıb – 21 yaşlı qızı və 10 yaşlı oğlu. İndi anam nəvələrini böyüdür, mən isə əlimdən gələn hər cür köməyi edirəm”.
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İsrailin “Hapoel” (Beer-Şeva) klubunu əlavə vaxtda 5:2 hesabı ilə məğlub edərək turnirin Liqa mərhələsinə yüksəlib.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı
"Qarabağ"da ayrılıq - Rəsmi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt