“Sabah”ın yarımmüdafiəçisi Aleksey İsayev komandasının UEFA Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması ilə bağlı hisslərini bölüşüb.
QOL.az xəbər verir ki, “Çempionat” nəşrinə danışan İsayev 90+4-cü dəqiqədə vurulan qoldan sonra yaşadıqlarını belə təsvir edib:
“Qolu vuranda sanki hər şey yavaş çəkilişdə baş verirdi. Hətta videoda da görünür ki, digərləri kimi dəli kimi sevinməyə qaçmıram. Uşaqlar qaçdı, mən isə sanki donub qalmışdım. Elə bil yuxu görürdüm. Həmin qol bizə əlavə güc verdi.
Əlavə vaxtda standart vəziyyətdən topu cərimə meydançasına göndərəndə uzaqdan mənə elə gəldi ki, Orfe Mbina topa düzgün zərbə vura bilmədi. Sonra baxdım ki, hamı qaçır, amma nə baş verdiyini anlamıram. Cəmi 15 dəqiqə ərzində iki dəfə dünya gözümün önündə dayandı.
Final fitindən sonra isə böyük rahatlıq və göz yaşları... Özümə söz vermişdim ki, Çempionlar Liqasında oynayacağam. İki il bunun üçün çalışdım və nəhayət, buna nail oldum”.
Qeyd edək ki, “Sabah” Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununda İsrailin “Hapoel” (Beer-Şeva) klubunu əlavə vaxtda 5:2 hesabı ilə məğlub edərək turnirin Liqa mərhələsinə yüksəlib.
Renat Dadaşovun komandası böyük hesabla məğlub oldu
Derbidə vurulan 6 qol - Video
Cəlal Hüseynovun "Petrolul"u xal itirdi
Haaland Premyer Liqada daha bir rekordu yenilədi
"Qarabağ" - "Neftçi" matçında heç-heçə, "Sabah"dan qələbə
“Qarabağ” və “Neftçi”yə xüsusi hədiyyə təqdim olundu
İsayevin dublu, "Sabah"ın 4 qollu qələbəsi - Video
Nərimanın komandasından növbəti qələbə
“Qalatasaray” son dəqiqə qolu ilə qələbə qazandı
Çelsi” mövsümdə ilk dəfə qapısını toxunulmaz saxladı
“Görüləsi işlərimiz çoxdur” - Yeton Bekiri
“Derbini neytral azarkeş kimi izləyəcəyəm” - Dambrauskas
Qapıçı zədələndi, xərəkdə aparıldı
"Qarabağ" - "Neftçi" matçının heyətləri açıqlandı
Sıx qrafikə görə klubun mətbuat konfransı ləğv edildi
Mourinyo Arda Gülerdən danışdı
Azərbaycan kubokunda 12 oyunun vaxtı açıqlandı
"Zirə" Gəncə Şəhidlər xiyabanını ziyarət etdi - Şəkillər
Azərbaycan klubunda baş məşqçi ayrılığı
"Qəbələ" - "Sabah": Heyətlər
Ronaldo yeni brend yaradır
Mourinyo: "Vinisiusun yerində olsaydım"
DÇ-2027-nin brendi Bakıda nümayiş olunub - Şəkillər
Cerrardın yeni klubu məlum oldu
Mbappe 500-ə çatdı
“Napoli”nin 6 oyununu buraxacaq
Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak oldu
Konte “Mançester Yunayted”i çalışdırmağa hazırdır
“Real”ın futbolçusu məhkəmə qarşısına çıxacaq
Neymar: “Yamal dünyanın ən yaxşı futbolçusudur”
Şeydayev oynadı, komandası qalib gəldi
“Karvan-Yevlax” 3 xalı 2 qolla qazandı - Video
Mahirin komandasından mövsümdə ikinci qələbə