"Neftçi" klubu müqaviləsi başa çatan baş məşqçiləri Böyükağa Hacıyevlə yolları davam etdirmək fikrindədir.
Qol.Az saytına açıqlamasında bu barədə klubun vitse-prezidenti Tahir Süleymanov məlumat verib.
O, Hacıyevə güvəndiklərini bildirib və onun "Neftçi"dəki uğurlarını xatırladıb:
"Böyükağa Hacıyevin "Neftçi"dən gedişi müzakirə mövzusu ola bilməz. Çünki onun qazandığı nəticələr göz önündədir. Bu uğurları həm yerli, həm də Azərbaycana gələn əcnəbi məşqçilərin də qazanmasını istərdik. Böyükağa Hacıyevin müqaviləsinin başa çatması və ya onun "Neftçi"də qalıb-qalmayacağı da hazırda müzakirə olunmur. Bu gün Böyükağa Hacıyev və Qurban Qurbanov kimi məşqçilərimiz öz yerli köməkçiləri ilə Azərbaycan futbolu üçün böyük işlər görür. Gördüyünüz kimi, onların qazandığı nəticələri klublarımızdan külli miqdarda gəlir əldə edən Toşaklar, Syominlər, Pantiçlər və digərləri qazana bilmədi. Hazırda müzakirə mövzusu bu məsələlər olmalıdır".
Qeyd edək ki, B.Hacıyev ölkə kubokunun final oyunundan sonra keçirilən mətbuat konfransında "Neftçi"dəki taleyinin klub prezidenti Sadıq Sadıqovdan asılı olduğunu deyib: "Mövsümün sonunda "Neftçi" ilə müqaviləm başa çatır. Klub prezidenti Sadıq Sadıqovla görüşəcəyik. Komandada qalıb-qalmamağım onun istəyindən asılı olacaq".
“Qarabağ” avrokuboklarla vidalaşdı
UEFA-dan futbol ruhuna həsr olunan yeni mükafat
“Qarabağ” növbəti transferlərini açıqladı
Acun Ilıcalının komandası yeni oyunçu ilə gücləndi
“Fənərbaxça” və “Qalatasaray” hansı rəqiblərlə qarşılaşacaq?
“Futbolçulara robot kimi yanaşılır”
“Qarabağ” - “Tvente” matçı gec başlayacaq
“Karvan-Yevlax”dan növbəti transfer
"İki dəfə dünya gözümün önündə dayandı"
"Qarabağ" "Tvente" ilə oyuna bu heyətlə çıxır
Azərbaycan millisinin qapıçısı Türkiyə klubunda
"Qarabağ"ın rəqibi futbolçusunu göndərə bilər
"Arsenal"dan ayrılacağı gözlənilir
Ukraynalı vinger rəsmən "Ayaks"da
"Beşiktaş" yeni hücumçu transfer etdi
Prezident İlham Əliyevdən "Sabah"la bağlı - Sərəncam
Barkola PSJ-ni bu kluba dəyişir
“Liverpul” yeni formasını təqdim etdi - Şəkillər
"Qarabağ" dayanmır. 1 gündə 3-cü transfer! - Eksklüziv
"Fənərbaxça"dan "Barselona"ya - Rəsmi
17 yaşlı futbolçu “Bavariya”dan ayrıldı
Bu da "Qarabağ"ın 2 yeni transferi!
"Çelsi"dən "Nottingem Forest"ə
Adama Traorenin yeni klubu açıqlandı
Bugünkü oyunları yayımlayacaq kanallar
Azərbaycanı İsveçrədə onlar təmsil edəcəklər
Mbappenin het-triki - Video
İsmayıl Kartal “Lion” üzərində qələbədən danışdı
Fonseka: “Bəlkə də buna görə pis məşqçiyəm”
ÇL-də “Sabah” dominantlığı – Bu göstəricilərdə lider oldular
“Fənərbaxça”nın oyunçusuna hücum edildi, dava düşdü - Video
Çempionlar Liqasının Liqa mərhələsinin bütün iştirakçıları