Bu gün səni tənqid etmək, səndən narazı qalmaq, incik düşmək üçün çox səbəb tapmaq olar.
Heyətdəki müəyyən problemlər, çatışmazlıqlar barədə bu mövsüm ilk gündən bilən də, bilməyən də çox dedi, çox danışdı, çox yazdı. Odur ki, indi hamının bildiyi həqiqətləri və yaxud həqiqət kimi görmək istədiklərini bir-bir sadalamaq, necə deyərlər, gedən qatarı geri qaytarmayacaq.
Avroliqanın pley-off mərhələsində “Tvente”ni məğlub etməklə başlanan Avropa yolunda “Qarabağ” 12 il sonra elə həmin komandaya uduzmaqla dayanmalı oldu.
Amma dayanmaq hələ yolun sonuna çatmaq demək deyil.
Heç faciə də deyil.
Sadəcə, “Qarabağ” Avropa kuboklarının əsas mərhələsindən kənarda qalan neçə-neçə tanınmış klubdan biri olub.
Yəni utancverici bir şey baş verməyib. Klubun, komandanın, Qurban Qurbanov başda olmaqla onun məşqçi heyətinin başı həmişə dik olub. Və bir mövsümlük uğursuzluq bu gerçəyi dəyişə bilməz.
Dünən matçdan sonra Qurban Qurbanov mətbuat konfransında özünü həmişə qüruru ilə apardı. Çünki özü də bilir ki, indi yeni komanda qurur, 10 yeni futbolçuya milyonlar əbəs yerə xərclənməyib.

Dünən matç bitən kimi həm də “Qarabağ”ın prezidenti Tahir Gözəl bir rəhbər ağayanılığı göstərdi. Nəticədən hər nə qədər məyus olsa da, Azərbaycanın bir çox klub rəhbəri kimi, uğursuzluğa görə qaçıb gizlənmədi. Media qarşısına alnıaçıq çıxdı, qrupa niyə düşə bilmədiklərinin hesabatını verdi, komandasının yanında oldu. Klub/komanda vəhdətinin bir nümunəsini bir daha ortaya qoydu, “məşqçimin, futbolçularımın yanındayam” mesajını verdi.
Və hamıya elan etdi: “Yeni “Qarabağ” qurulur, gözləyin!”.
İndi isə bu həqiqəti qəbul etmək lazımdır. Həm də bircə mövsümlük səbr etmək. Ona görə ki, düz 12 il Azərbaycan futbolunun başını dik tutan Qurban Qurbanov və “Qarabağ” klubu olub… O komanda yeni siması ilə təzədən qayıdacaq.
İndi isə “Qarabağ”ın qarşısında yox, yanında olmaq zamanıdır…
ELNUR
“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video
“Sabah” 3 turdan sonra ÇL-də neçəncidir?
"Real" və "İnter"dən qələbə, Münhendə qalib aşkarlanmadı