Almaniya millisinin yarımmüdafiəçisi Məsut Özil komandasının dünya çempionatında şanslarını dəyərləndirib.
Qol.Az-ın məlumatına görə, "Bild" qəzetinə danışan türk əsilli futbolçu Almaniya yığmasının dünya kubokunu qazanmaq gücündə olduğunu bildirib:
"Almaniya millisi dünya çempionu olmağı haqq edir. Hər kəs bizdən bunu gözləyir. Son mundialda komandamız çox gənc idi və hər kəs bu qədər yaxşı oynamağımıza təəccüblənmişdi. Bu dəfə daha təcrübəli futbolçulardan qurulmuş komandayıq, ancaq üzərimizdə böyük təzyiq var. Bunun öhdəsindən gələ bilərik. Artıq uzun müddətdir ki, yüksək səviyyədə futbol oynayırıq. Dünya kubokunu qazanmaq çox çətin olacaq. Braziliya yığması turnirin əsas favoritidir. Ancaq Cənubi Amerikada dünya çempionluğunu qazanacaq ilk Avropa komandası kimi tarix yazmaq gücündəyik".
Qeyd edək ki, Almaniya millisi G qrupunda ABŞ, Portuqaliya və Qana yığmaları ilə mübarizə aparacaq.
"Atletiko" ilə fikir ayrılıqlarını aradan qaldırdıq"
Ronaldo yığmanın düşərgəsini tərk edib?
Şotlandiya - Azərbaycan matçının heyətləri açıqlandı
Hakimlərlə bağlı açıqlaması başına bəla oldu
10 oyunluq cəzalansa da, baş məşqçi onu təriflədi
“Heç kim heyət seçimimə təsir edə bilməz”
Millimizin futbolçusu Lixtenşteynlə oyunu buraxacaq
“Onların itirəcəyi heç nə yoxdur” - Ayxan Abbasov
“Sabah mütləq qalib gəlməliyik” - Emin Mahmudov
O da zədələndi, millidən getdi
Mərc oyunlarının qadağan edilməsinin səbəbini açıqladı
“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirildi
“Real”ın futbolçusu əməliyyat olunacaq
PFL 15 oyunun vaxtını açıqladı
Vüqar Nadirovun unudulmaz qolu - Video
Azərbaycan boksçuları Avropa çempionatına yollandılar
“Mançester Siti” günahsızlığını sübut edəcəyinə əmindir
Futbolçularını Messinin vida oyununa buraxmadılar