Xəbər verdiyimiz kimi, müqaviləsi başa çatmamış "Neftçi"nin məşqçi postundan istefaya göndərilən Mehmet Ak paytaxt klubundan təzminat tələb edib və məbləğ ödənilmədiyi üçün FİFA-ya üz tutub. FİFA isə "Neftçi"ni 42 min avro məğləğində cərimələyib. Bununla bağlı Qol.Az saytı türkiyəli məşqçiyə bir neçə sual ünvanlayıb
- Baş verənlərlə haqda sizdən məlumat almaq istədik.
- Bu məsələ ilə bağlı vəkilim lazım olan tədbiri görür. Mənim belə işlərdən başım çıxmır.
- "Neftçi" pulunuzun ödənməməsini hansı səbəblə əlaqələndirmişdi?
- Bunu deyə bilmərəm. "Neftç"i ilə bu haqda çox danışmışdım və təzminatı ödəməyə söz vermişdilər. Ancaq verdikləri sözə əməl etmədilər. Sonda da belə oldu...
- Bu günlərdə məsələ ilə bağlı "Neftçi" klubundan sizinlə əlaqə saxlayan olub?
- Xeyr.
- FİFA-nın verdiyi qərarla razısınız? Yəni sizə ödənilməli olan məbləğ 42 min avrodur, yoxsa daha çoxdur?
- Bu haqda dəqiq məlumatım yoxdur. Ancaq müəyyən bir məbləğ var. Ödəniləcək pulun miqdarı mənim üçün önəmli deyil. Sadəcə, "Neftçi"nin verdiyi sözdən qaçması mənə pis təsir etdi.
- "Neftçi"yə qarşı küskünlüyünüz var?
- Xeyr. Baş verənlərin futbola dəxli yoxdur. Biz futbolun içindəyik. "Neftçi"nin və digər Azərbaycan klublarınını oyunlarını izləyirəm. “TRT Avaz” telekanalında yayımlanan futbol verilişinin hər buraxılışında Azərbaycan çempionatının oyunlarını şərh edirik.
- "Neftçi"də son vaxtlar baş verən baş məşqçi dəyişikliyi ilə bağlı nə deyə bilərsiniz?
- Bu işlər futbol dünyasında çox baş verir. Baxın, "Trabzonspor"da da baş məşqçi dəyişikliyi oldu. "Neftçi" üçün də bunu normal hesab edirəm.
- Azərbaycanda çalışdığınız dövrlə müqayisədə hazırda çempionatımızda artım hiss olunur?
- Təbii ki, "Futbol Avrsiya" verilişində də bunu hər zaman söyləyirəm. Ölkə prezidentinin futbola göstərdiyi dəstək öz bəhrəsini verməkdədir. Klub rəhbərləri də bu inkişafa dəstək versə, gələcəkdə futbolunuz daha irəlidə olacaq.
- Sabiq komandanız "Qarabağ" haqda hansı fikirdəsiniz?
- Artıq "Qarabağ"ın çempion olmaq vaxtıdır. Ancaq bu mövsüm 5 komanda çempionluğa iddialıdır. İlk beş pilləni bölüşən klubların xalları yaxındır. Vacib oyunları hansı komanda qazansa, çempion olacaq.
- Azərbaycanda "Neftçi" və "Qarabağ" klublarında çalışmısınız. Hansı komanda ilə daha xoş təəssüratlarınız var?
- Hər ikisində titul qazanmışam. Bu komandalarda yaxşı dostlarım var. Yəni "Neftçi" və "Qarabağ"ı ayırmaq istəmirəm.
- Ancaq klublarımız Antalyada hazırlıq keçərkən "Neftçi"dən başqa hər bir komandanın düşərgəsindən reportaj hazırlamışdınız.
- "TRT Avaz"ı izləsəniz, görərsiniz ki, futbol verilişinin hər buraxılışında "Neftçi"dən danışıram. Hər şey yazılanlar kimi deyil. Bizim çəkiliş qrupumuz Antalyaya gələndə "Neftçi" hələ orada deyildi. Biz də Antalyada hansı klub var idisə, onun düşərgəsindən reportaj hazırladıq.
Ramiq AĞAMƏMMƏDOV
Qattuzo qovulacaq
Ronaldonun klubunda ciddi itkilər var
"Real" 18 yaşlı futbolçunu hədəf aldı
Süni intellektlə idarə olunacaq klub yaradılır
Ançelotti 3 futbolçu arasında qaldı
Keyn sıradan çıxdı
İntizamsızlığı ona baha başa gəldi
Millinin qapıları Danillonun üzünə bağlandı
Yapon azarkeşlər “Uembli”ni də təmizlədi - Video
Yamal dilə gəldi: "Bu, cahillikdir"
"Tottenhem"in baş məşqçisinin ilk transfer hədəfi bəlli oldu
"Çelsi"dən antirekord
Mövsüm ərzində 4-cü dəfə zədələndi
Azərbaycanı 43 boksçu təmsil edəcək
1-ci liqada həftənin hakimləri məlum oldu
Azərbaycanlı qadın hakimlərə UEFA-dan növbəti təyinat
Azərbaycan millisi FİFA reytinqində irəlilədi
AFFA təcavüzkar davranan anqolalını cəzalandırdı
Maqomed Adiyev istefaya göndərildi
AFFA bu komandaları yarışlardan kənarlaşdırdı
Qattuzonun gələcəyi ilə bağlı açıqlama: Qovulacaq, ya yox?
AFFA "Kəpəz"i 6500 manat cərimələdi
Hər şeyə qulp qoymaq şakərimiz...
İraqda milli komandaya görə 2 gün iş olmayacaq
Ançelotti Modriçə: "Sənin braziliyalı baban var?"
Vaqif Cavadov Azərbaycan millisinə məşqçi təyin olundu
"Oyunçularıma dedim ki, gedin və əylənin"