Emiliano Martines "Çelsi"də - Rəsmi

Emiliano Martines "Çelsi"də - Rəsmi
DÜNYA FUTBOLU 30 Avqust 2026 / 12:56 503
-  A +

Argentina millisinin qapıçısı Emiliano Martines "Çelsi"yə transfer olunub.

QOL.az xəbər verir ki, bu barədə London klubunun rəsmi saytı məlumat yayıb.

"Aston Villa"dan "zadəganlar"a keçən 33 yaşlı qolkiperlə 2028-ci iilin iyununa qədər müqavilə bağlanılıb.

2020-ci ildən "Aston Villa"da çıxış edən Martines komandada 256 matçda meydana çıxıb, 305 qol buraxıb və 80 oyunda qapısını toxunulmaz saxlayıb.

Xatırladaq ki, təcrübəli qapıçı Argentina millisinin heyətində dünya çempionu və ikiqat Amerika Kubokunun qalibi olub.


Qarabağ FK
Son xəbərlər
topaz banner