3 il gözlədi, geri dönüşünü qolla qeyd etdi

3 il gözlədi, geri dönüşünü qolla qeyd etdi
DÜNYA FUTBOLU 30 Avqust 2026 / 20:19 1062
-  A +

Niderlandlı futbolçu Perr Sxürs uzunmüddətli zədə səbəbindən təxminən 3 ildən sonra yenidən meydana çıxıb.

QOL.az xəbər verir ki, 26 yaşlı müdafiəçi çarpaz bağlarının qopması səbəbindən uzun müddət futboldan kənarda qalıb. Futbolçu NEK klubunun heyətində yenidən yaşıl meydanalara geri dönüb və dönüşünü qolla qeyd edib. O, “Zvolle” ilə matçın yekun hesabını müəyyənləşdirən qola imza atıb. NEK qarşılaşmadan 3:1 hesablı qələbə ilə ayrılıb.

Qeyd edək ki, Sxürs NEK-in heyətində Avropa Liqasında da mübarizə aparacaq. Onun turnirdəki rəqiblərindən biri məhz Turinin digər klubu - “Yuventus” olacaq.


Qarabağ FK
Son xəbərlər
topaz banner