"Fənərbaxça"dan ayrıldı, "Ayaks"a keçdi

"Fənərbaxça"dan ayrıldı,  "Ayaks"a keçdi
DÜNYA FUTBOLU 30 Avqust 2026 / 14:10 672
-  A +

Mərakeş millisinin yarımmüdafiəçisi Sofyan Amrabat Niderlandın "Ayaks" klubuna transfer olunub.

QOL.az xəbər verir ki, bu barədə Amsterdam klubunun mətbuat xidməti məlumat yayıb.

"Fənərbaxça"dan ayrılan 30 yaşlı futbolçu yeni klubuna azad agent kimi qoşulub. Onunla 2028-ci ilin iyununa qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Amrabat "Fiorentina", "Verona", "Brügge", "Feyenoord", "Utrext", "Betis", "Mançester Yunayted" klublarında da çıxış edib.


Qarabağ FK
Son xəbərlər
topaz banner