Xəbər verdiyimiz kimi, “Qarabağ” heyətini braziliyalı yarımmüdafiəçi Dieqo Rosa ilə gücləndirib.
QOL.az xəbər verir ki, 23 yaşlı dayaq yarımmüdafiəçisi olan Rosa Kiprin APOEL klubunda bir mövsümlük icarəyə götürülüb. O, ötən mövsüm bu komanda ilə 35 oyunda meydana çıxıb, 3 qol vurub, 3 qolun isə ötürməsini edib.
Anlaşmaya əsasən, 1 illik icarə müddətinin sonunda “Qarabağ”ın yarımmüdafiəçini transfer etmək opsiyası var. O, komandada 33 nömrəli forma ilə çıxış edəcək.
Bəs Dieqo Rosa kimdir?
O, Braziliya futbolunun istedadlı yetirmələrindən hesab olunub.
Dieqo Rosa futbola “Vitoriya”nın akademiyasında başlayıb, 2018-ci ildə isə “Qremio”nun aşağı yaş komandalarına keçib. Yarımmüdafiənin mərkəzində çıxış edən futbolçu 2019-cu ildə Braziliyanın U-17 millisinin heyətində dünya çempionu olub.

O, daha sonra “Mançester Siti”nin də daxil olduğu “City Football Group” sisteminə keçib. Bunun üçün klub 6 milyon avro təzminat ödəyiblər. Amma Rosa İngiltərədə əsas komandaya yüksələ bilməyib.
“Mançester Siti”yə məxsus olduğu müddətdə Rosa əvvəlcə Belçikanın “Lommel”, daha sonra Portuqaliyanın “Vizela” klubuna icarəyə verilib. 2023-cü ildə “Bahia” onun transfer hüquqlarını 2 milyon avroya alıb. Rosa 2024-cü ildə yenidən icarə əsasında “Lommel”ə qayıdıb. 2025-ci ildə isə Braziliyanın tanınmış klublarından “İnternasional”da icarə əsasında çıxış edib. Həmin ilin avqustunda Kiprin APOEL klubuna transfer olunub və 2028-ci ilin mayına qədər müqavilə imzalayıb.
Rosa əsasən mərkəz yarımmüdafiəçisi mövqeyində oynayır. Texnikası, topla davranışı və ötürmələrlə oyunun qurulmasında iştirakı onun əsas xüsusiyyətləri hesab olunur.
Rosa U-17 dünya kuboku ilə

“Trabzonspor”dan inamlı qələbə
“Yuventus”dan heç-heçə, “Bayer” qalib gəldi
La Liqada səfər azarkeşləri üçün yeni qərar
"Karvan-Yevlax" belə məğlub oldu - Video
"Beşiktaş" - "Kristal Pelas": Heyətlər
Bruno Fernandeş tənqidinə görə cəzalanacaq?
“Bavariya”nın futbolçusu sıradan çıxdı
Çempionlar Liqasında həftənin rəmzi komandası açıqlandı
UEFA-dan Fəridə Lütfəliyevaya təyinat
"Gəncəbasar"ın 7 qollu qələbəsindən - Video
Çempionlar Liqasında həftənin oyunçusu bəlli oldu
1-ci liqada 6-cı tura yekun vuruldu
Sergen Yalçın rəsmən Türkiyə millisində - Video
"Keyn İngiltərə tarixinin ən yaxşısıdır"
UEFA “Trabzonspor”u cərimələdi və cəzalandırdı
"Mançester Yunayted"dən Kerrik qərarı
"Qalatasaray" - "Fənərbaxça" matçı ona tapşırıldı
Kurtuadan yeni müqavilə açıqlaması
Mourinyo "El-Klasiko"dan danışdı
"Sabah" "Qarabağ"dan bir addım irəlidədir" - Mütəxəssis rəyi
Misli Premyer Liqası: 9-cu turun hakimləri
İspaniya kralı Messini şam yeməyinə dəvət etdi
Skaloni razılıq verdi
Bugünkü oyunları yayımlayacaq kanallar
Fernandeş taktikanı tənqid etdi, Kerrik futbolçuları
"Real"ın böyükhesablı qələbəsi - Video
Çempionlar Liqasında həftənin oyunçusu kim olacaq?
“Şahdağ Qusar” “Səbail”i belə məğlub etdi - Video
“Sabah” 3 turdan sonra ÇL-də neçəncidir?
"Real" və "İnter"dən qələbə, Münhendə qalib aşkarlanmadı