Argentina millisinin və “Boka Xuniors”un yarımmüdafiəçisi Leandro Paredes dünya çempionatının finalından sonra baş verən insidentlə bağlı FİFA tərəfindən aldığı 10 oyunluq cəzaya etiraz edib.
QOL.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, argentinalı futbolçu cəzanın ağır olduğunu düşünür və apellyasiya şikayəti verməyə hazırlaşır:
"Bu, mənə həddindən artıq görünür. Maraqlıdır ki, Qavi cəmi bir oyunluq cəza aldı. Halbuki sinəmə zərbəni məhz o vurmuşdu. Amma artıq belə qərar verilib. İndi cəzaya etiraz etməliyik. Bu məsələdən anlayışı olan insanlar cəzanın ləğv edilməsinin mümkün olub-olmadığını müəyyənləşdirəcəklər. Məncə, cəza həddindən artıqdır və yüngülləşdirilə bilər".
Xatırladaq ki, İspaniya ilə əlavə vaxtda 0:1 hesabı ilə başa çatan final matçından sonra meydanda kütləvi qarşıdurma yaşanıb. Paredes əvvəlcə Erik Qarsiya ilə mübahisə edərək onu itələyib. Daha sonra “Barselona”nın futbolçusu Qavi komanda yoldaşını müdafiə etmək üçün hadisəyə müdaxilə edib və tərəflər arasında qarşıdurma baş verib.
İnsidentin ardından FİFA-nın İntizam Komitəsi Paredesə 10 rəsmi oyunluq cəza verib. Qavi isə yalnız bir oyunluq cəza ilə kifayətlənib. Argentina millisinin digər futbolçusu Naxuel Molina da 7 oyunluq cəzaya məruz qalıb.
“Yetirmələrimizə şans verməyə çalışdıq” - Azər Məmmədov
“Real” azarkeşi “Barselona”nın stadionundan qovuldu
FİFA mundial biletlərindən milyardlar qazandı
“Bu futbolçulara inanmaq lazımdır” - Famil Xəlilov
Azərbaycan kubokunda növbəti 1/8 finalçılar məlum oldu
Neymarın cəzası bilindi
Baş məşqçinin problemi bəlli deyil
Azərbaycan millisi Cəbəllütariqə qalib gəldi
“Araz-Naxçıvan” Çempionlar Liqasında məğlub oldu
Güclü yağışa görə matç təxirə salındı
İspanların 400 minlik təklifini geri çevirdi
"Qarabağ" "Dinamo" Zaqrebə uduzdu
"Neftçi"nin futbolçusunun cəzası bilindi
AFFA-dan cəza və cərimələr
İspaniya Superkuboku Azərbaycanda?
Mehdi Cənnətov: “Zamanla daha yaxşı vəziyyətdə olacağıq”
Yamalın atası yenə insident törətdi
“Real” Çin xalqından üzr istədi
Rəşad Sadıqov narazılıq etdi, PFL-dən cavab gəldi - Video
La Liqa klubunda baş məşqçi ayrılığı
“Fənərbaxça” müvəqqəti baş məşqçini açıqladı
"Səbail"in kapitanı məyusluğunu bölüşdü
Artetadan məğlubiyyət şərhi
“Barselona” şikayət edəcək
"Arsenal"ın sensasiyalı məğlubiyyəti - Video
"DH Volley" klubu avrokuboklardakı ilk oyununda qalib gəldi
Mahirin komandası penaltilərlə mərhələ adladı
"Qarabağ"da ayrılıq - Rəsmi
“Vəziyyəti gizlətmək mümkün deyil” - Rəşad Sadıqov
“Real”ın heyətində debütə hazırlaşır
Cəzalanan futbolçular milliyə qayıdır
“Fənərbaxça” İsmayıl Kartalla yollarını ayırdı
“Qəbələ”nin baş məşqçisi qələbəni dəyərləndirdi
Cəlal oynadı, komandası liderliyə yüksəldi
“Barselona” ona görə cərimələndi
Rəhim Həsənov hakimin səhv qərar verdiyini açıqladı - Video
“Beşiktaş”dan TFF-yə sərt etiraz
La Liqadan Mbappenin açıqlaması ilə bağlı bəyanat
Güləşçimiz finalda uduzdu - Dünya çempionatı
"Araz-Naxçıvan"dan ÇL-də uğurlu debüt