AZAL klubunun yeni transferi Rəşad Abdullayevin Qol.Az saytına müsahibəsi
- AZAL-ın baş məşqçisi Vaqif Sadıqov açıqlamasında səni komandada çoxdan görmək istədiyini demişdi. AZAL-a gəlişində baş məşqçi amilin əsas rol oynadığını demək olar?
- AZAL-a həmişə rəğbətim olub. Bu komandanın əvvəlki çempionat oyunlarını izləmişdim və mübariz bir heyətə malik olduğunu bilirdim. Həm də professionallıq, infrastruktur baxımından bu klub diqqətimi cəlb edirdi. AZAL mənə yad deyil, daha əvvəl də burada çıxış etmişəm. Hər zaman baş məşqçi amili mənim üçün önəmli olub. Kluba keçməmiş baş məşqçinin kimliyini nəzərdən keçirirəm. AZAl-ın baş məşqçisi Vaqif müəllim isə hamının bildiyi kimi futbolu yaxşı bilən, təcrübəli mütəxəssisdir. Təbii ki, AZAL-a keçidimdə Vaqif müəllimin böyük rolu var. Çox şadam ki, bir daha onun rəhbərliyi altında oynayacağam. Çalışacağam ki, həm əvvəlki oyunumu sərgiləyim, həm də baş məşqçinin mənə olan etimadını doğruldum.
- "Rəvan"dan ayrılmağın söz-söhbətə səbəb oldu. İntizamsızlığa görə göndərildiyin deyilirdi.
- Hər şey mətbuatda yazılanlar kimi deyil. Hələ Şahin Diniyevin vaxtında mən AZAL-a keçəcəyimi dəqiqləşdirmişdim. Güvənc Kurtar baş məşqçi təyin olunduqdan sonra isə hörmətsizlik olmasın deyə bəzi məşqlərdə iştirak etdim. Kurtarla da söhbətimdə bildirmişsdim ki, komandadan getməyə qərar vermişəm. O isə qalmağımı istəyirdi. Necə bir futbolçu olduğumu bilirdi. Ancaq mən daha yaxşı oyun göstərmək və karyeramda yeni səhifə açmaq üçün AZAL-a gəldim.
- Ötən tur "Sumqayıt"a qarşı keçirdiyiniz matç AZAL-da ilk oyunun idi. Təəssüratların necədir?
- Bir çox komandada çıxış etsəm da, AZAL-da ilk oyunuma çıxdığım üçün həyəcanlı idim. Çalışırdım ki, ilk oyundaca komandama maksimum fayda verim. Təbii ki, AZAL-ın oyun sisteminə tam uyğunlaşmağım üçün bir qədər zaman lazımdır. Ancaq ümumilikdə həm komandamızın, həm də məmin oyunum pis alınmadı.
- Autsayder komandaya qalib gələcəyiniz gözlənilsə də, görüş 2:2 hesabı ilə başa çatdı. Qələbəyə nə mane oldu?
- "Sumqayıt" əsasən gənc oyunçulardan ibarət əzmkar komandadır. Sonuncu yerdə olduqları üçün onların itirəcəyi bir şey yoxdur. Ona görə də rahat oynayırlar. Əslində bu komanda sonuncu pilləyə layiq deyil. Qarşılaşmaya ciddi hazırlaşmışdıq. Rəqibi zəif saymırdıq. Əslində qalib gəlməli idik. Ancaq xeyli qol epizodumuz oldu ki, onlardan istifadə edə bilmədik. Oyunun sonuna qədər hesabda irəli olsaq da, rəqib penaltidən qapımıza qol vurdu.
- Vaqif Sadıqov mətbuat konfransında hakimdən ciddi narazılıq etmişdi. Sən necə düşünürsən?
- Hakimin matçın nəticəsinə təsir edən bir səhvi oldu. Rəqib futbolçusu Fərcad Azad epizodların birində ikinci sarı vərəqəni almalı idi. Çünki futbolçu topun qarşısnı əli ilə kəsmişdi. Lakin hakim, nədənsə, onu bağışladı. Bu baş verəndə biz hesabda irəlidə idik, matçın bitməyinə isə 6-7 dəqiqə qalmışdı. Məhz hakimin bağışladığı futbolçu komandasına penalti qazandırdı və rəqib hesabı bərabərləşdirdi. Biz isə 2 xal itirdik.
- Növbəti tur sizi "Qarabağ"la çətin oyun gözləyir...
- Çempionatda asan rəqib yoxdur. Hətta "Sumqayıt"la oyunda da baş məşqçi bizə bildirmişdi ki, bu komanda bizim üçün çətin rəqibdir. "Qarabağ" həmişəki kimi yaxşı oyunçulara malikdir. Biz də "Qarabağ"ı yaxşı analiz etmişik. Səfərdə qarşılaşsaq da, çalışacağıq ki, maksimum nəticə qazanaq.
- AZAL da "Qarabağ" üçün çətin rəqibdir. Ağdam təmsilçisi bu mövsüm 3 məğlubiyyətdən birini AZAL-dan alıb.
- Bəli, bildiyimə görə, AZAL-la oyun həmişə “Qarabağ” üçün çətin olub. Çalışacağıq ki, həmin çətinliyi yenə "Qarabağ"a yaşadaq. Yəni "Qarabağ"a yenə çətin olacaq. Artıq AZAL-ın xallar toplamaq vaxtıdır. Rəqibin üstünlüyü ondadır ki, topa nəzarət həmişə onlarda olur. Ancaq düzgün, ağıllı oynasaq, bunun da öhdəsindən gələ bilərik.
- Bəs, AZAl-ın hansı üstün keyfiyyətlərini qeyd edə bilərsən?
- Hələ ki, AZAL-ın bir üstün cəhətin görmüşəm. Vaqif müəllim AZAL-a komanda oyunu nümayiş etdirməyi yaxşı mənimsədib. Bütün futbolçular müdafiədə və hücumda iştirak edir. Əvvəl çıxış etdiyim komandalarda dəfələrlə oyunun taleyini həll etmişəm. Ancaq burada seçilən futbolçu yoxdur. Ola bilsin ki, gələn oyunlarda oyunun müqəddaratını həll etmək rolunu üzərimə götürüm.
Ramiq AĞAMƏMMƏDOV
5 qol vurdu, ayın ən yaxşısı oldu
"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı
Misli Premyer Liqasında 6 oyunun hakimləri
İngiltərədə yanvarın ən yaxşı məşqçisi seçildi
Mbappe sabah oynayacaq?
İqor Tudor “Tottenhem”ə gətirilir
Azərbaycan çempionatının son 1/4 finalçıları məlum oldu
Milli komandalarımızın yeni məşqçiləri açıqlandı
Emreli 3 ay sonra yenidən məşqdə - Şəkillər
2030-cu ilə qədər "Bavariya"da - Rəsmi
Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo
Simeonedən Yamala təxribatçı jest - Şəkil
UEFA-nın növbəti Konqresi Qazaxıstanda
"Sabah" hər ikisi ilə yolları ayırdı
"Onunla Azərbaycan millisinə dair danışacağam"
Azərbaycan millisinin oyunlarının təqvimi - Millətlər Liqası
Məşhur futbolçu "Əl-Hilal"la müqaviləni uzatdı
"Atletiko" "Barselona"ya 4 qolu belə vurdu - Video
Ançelotti heç yerə getmir
"Barselona" 37 il sonra ilk dəfə...
Azərbaycan çempionatında tay-brek günü
"Arsenal" bu cür xal itirdi - Video
Flikin ən ağır məğlubiyyəti
"Atletiko" "Barselona"nı darmadağın etdi
FİFA-dan "Atletik"ə sərt cəza
Sterlinqin yeni klubu bilindi - Rəsmi
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu