"İnter" klubunun hücumçusu Vaqif Cavadovun Qol.Az-a müsahibəsi
- Mətbuatda nadir hallarda görünürsən.
- Mətbuatdan heç bir narazılığım yoxdur. Sadəcə olaraq çox danışmağı xoşlamıram. Bəzi məqamlar var ki, açıqlamaq istəmirəm.
- Həmişə yerli futbolçuarımızın bomdardir olmağını istəmişik. İndi sən bombardirlər siyahısına başçılıq edirsən. Ona görə də fikirlərin mətbuat üçün maraqlıdır.
-Qeyd etdiyiniz məqsədlər üçün danışmaq istəsələr, problem yoxdur. Sizin niyyətinizi anlayıram. Amma bəziləri elə leginonerlərin bombardir olmağını istəyir.
- Ötən tur "Rəvan" üzərində çətinliklə qələbə qazandınız. Bu görüş haqda fikirlərini öyrənək...
- Çox maraqlı oyun oldu. "Rəvan" güclü və mübariz komandadır. Ona görə bu oyuna ciddi hazırlaşmışdıq. Bilirdik ki, çətin oyun olacaq. İlk hissədə hər iki komanda yaxşı oyun nümayiş etdirdi. Ancaq fasilədən sonra "Rəvan" tamamilə başqa oyun sərgilədi. Əslində futboldan zövq almalısan. Lakin ikinci hissədə stadiona gələn azarkeşlər oyundan heç bir zövq almadılar. Çünki "Rəvan" vaxtı çox uzadırdı. Bunun səbəbini bilmirəm. Amma "Rəvan" bərabərlik qoluna qədər çox gözəl oynayırdı.
- Necə oldu ki, "Rəvan" 10 nəfərlə qapınıza yol tapdı?
- Çalışırdıq ki, ikinci qolu vuraq. Ancaq "Rəvan" əks hücumda bizi cəzalandırdı. Səhvimizdən istifadə edib, bərabərlik qolunu vurdular. Lakin sonda yenə qələbə topunu vurduq və 2:1 hesabı ilə qalib gəldik. Bizim üçün əsas qələbə qazanmaqdır. Qolu birinci və ya ikinci hissədə vurmağın fərqi yoxdur.
- Son saniyələrdə sənə qarşı qayda pozuntusuna görə, hakim rəqib qapısına penalti təyin etdi və dəqiq zərbə ilə komandana qələbə qazandırdın. Ancaq hakimin bu qərarı "Rəvan" tərəfindən etirazla qarşılandı.
- İnanıram ki, oyunun videoyazısını izləsəniz, görərsiniz ki, həqiqətən mənə qarşı kobudluq var idi. Epizoddan aşkar görünür ki, rəqib futbolçu məni itələyir. Hakim də haqlı olaraq penalti nöqtəsini göstərdi.
- Görüşdə daha bir məqam qalmaqala səbəb oldu. Komanda yoldaşın Laşa Salukvadze qələbə qolundan sonra "Rəvan"ın məşqçilər korpusuna tərəf ədəbsiz jest etdi. Bu səbəbdən "Rəvan" klubunun köməkçi məşqçisi Füzuli Məmmədovla Salukvadze arasında ciddi mübahisə yarandı. Yəqin komandanın kapitanı kimi gürcü futbolçuya iradını bildirmisən.
- Bu məsələni çox şişirtmək istəmirəm. Həmin epizodunu tam görə bilmədim. Amma Füzuli bizim böyük qardaşımızdır. Ona böyük hörmətimiz var. Veteran futbolçumuzdur. Mən Salukvadzeni başa saldım. İnanıram ki, o bir daha belə hərəkətə yol verməz. Hər bir legioner azərbaycanlı futbolçulara hörmətlə yanaşmalıdır. Sözümü bütün legionerlərə deyirəm.
- Qollarının sayını 10-a çatdırdın. İndiyə qədər bu müddət ərzində 10 qol vurmuşdun?
- Qollarımın sayına fikir vermirəm. Çünki mən hücumçu deyiləm, yarımmüdafiəçiyəm. Bombardir olmaq fikrim də yoxdur. Təbii ki, bu qədər qol vurduğum üçün sevinirəm. Bu müddət ərzində 8-9 qol vurduğum dövrlər olub. Ancaq ilk dəfədir ki, bir mövsümdə 10 dəfə fərqlənirəm. Çalışıram ki, hər oyunda komandama maksimum kömək edim.
- Demək olarmı karyeranın ən yaxşı dövrünü yaşayırsan?
- Öz oyunumu heç vaxt analiz etməmişəm. Bunu siz jurnalistlər edirsiniz. Ən əsas da oyunumu tənqid edən insan atamdır. Başımı aşağı salıb, oyunumu oynayıram.
- "Qarabağ"dakı çıxışlarınla indikini necə müqayisə edərdin? Ümumiyyətlə "İnter"ə keçidin sənə düşərli oldumu?
- Bu müqayisəni etmək istəməzdim. Çünki üstündən xeyli zaman keçib. "Qarabağ" Azərbaycanda mənim ilk və doğma klubumdur. Ancaq indi "İnter"in şərəfini qoruyuram. Burada hər şey yaxşıdır. Bu komanda üçün canımı qoyuram. Çalışıram ki, komandam hər oyunda qalib gəlsin.
- Komandanız lider "Qarabağ"la 6 xal geri qalır. Çempionluq şansınızı necə görürsən?
- Liderlər qrupunda olan hər bir komanda ilə iki dəfə qarşılaşacağıq. Gördüyünüz kimi hər turda liderlər dəyişə bilər. "İnter", "Bakı" və "Xəzər Lənkəran" da getdikcə irəliləyir. Hər bir komanda güclü hesab etdiyiniz rəqibindən xal ala bilər. Məncə, çempionatın sonu daha maraqlı və rəqabətli olacaq. Son çıxışlarımız göstərir ki, "İnter" də çempionluğa oynayan komandadır. Hər bir komandaya uğurlar arzulayıram. Sonda güclü olan komanda qalib gələcək.
Ramiq AĞAMƏMMƏDOV
"Real”ın futbolçusu sıradan çıxdı
Haalandın bombardirlər arasında da rekordu var
"Portuqaliya mən gələnədək heç nə qazanmamışdı"
"Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxır
“Qarabağ”la oyunda zədələnən Laviya uzun müddət oynamayacaq
“Ayaks” baş məşqçisi ilə yollarını ayırdı
"Fiziki cəhətdən zəif təsir bağışladıq" - Yevgeni Kukseviç
Lukmanla baş məşqçi arasında soyuq küləklər əsir
Futzal millimiz məğlub oldu
Fransa yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlandı
“Araz-Naxçıvan”ın 1/8 finaldakı rəqibi müəyyənləşdi
Mourinyo: "Mən hakimi sevmirəm, o da məni"
Şimal derbisində 6 qol, "Zaqatala"dan qələbə
Millimizdən İslamiadada növbəti qələbə
Lovğa-lovğa gələn “Çelsi”ni tapdayıb keçdilər
"Qarabağ"da şok itki
Türkiyə klublarının bugünkü oyunlarını yayımlayacaq kanallar
Murad Musayev Rusiyada ən yaxşı seçildi
"Çelsi"yə qalib gələ də bilərdik" - Marko Yankoviç
“Kayrat” azarkeşlərindən “Qarabağ”a möhtəşəm dəstək - Video
Türkiyə klubunun üzvü millimizin heyətindən çıxarıldı
Avrokuboklarda 200-cü oyun, 250-ci qol
Naci Şensoy bu klubun baş məşqçisi oldu
AFFA bu klubları cərimələdi
Azərbaycan derbisinə doğru: Baş məşqçilər
Misli Premyer Liqası: "Zəfər turu"nun hakim təyinatları
“Avropa klublarından maraq ola bilər” - Elvin Cəfərquliyev
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
UEFA-da xalımızın üstünə xal gəldi
“Kiçik büdcə ilə böyük xəyallar quranların gecəsi” - Şəkil
İslandiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı
Osimhenin het-triki, "Qalatasaray"ın səfər qələbəsi - Video
"Qarabağ"ın "Çelsi" ilə tarixi heç-heçəsi - Video
"Heç-heçə ədalətli nəticədir" - Bəhlul Mustafazadə
"Qarabağ" Çempionlar Liqasında neçəncidir?
AFFA prezidenti "Qarabağ"ı təbrik etdi