"Bakı" klubunun yarımmüdafiəçisi Əfran İsmayılovun Qol.Az saytına müsahibəsi
- Komandanız təlim-məşq toplanışından sonra ilk oyununu keçirdi. "Rəvan"la qarşılaşmada böyük hesabla qalib gəldiniz. Bu oyunda hazırlığın nəticəsini nə dərəcədə hiss etdiniz?
- Bu təlim-məşq toplanışımız tam fərqli və yaxşı şəkildə keçdi. İlk dəfə İspaniyada olduq. Həqiqətən orada keçirdiyimiz yoxlama oyunları, fiziki məşqlər bizi xeyli gücləndirdi. İlk oyunumuz "Rəvan"a qarşı oldu. Özünüz də gördünüz ki, komandamız əla formadadır. Şükürlər olsun ki, "Rəvan"ın qapısından 5 qol keçirib, qalib gəldik.
- "Rəvan" üzərində 5:1 hesablı qələbə "Bakı"nın çempionatın ikinci yarısına tam hazır olmağından xəbər verir, yoxsa rəqib elə də güclü deyildi?
- "Rəvan"a mövsümün əvvəlində də 5 qolla qalib gəlmişdik. Təbii ki, "Rəvan" üzərində olsa belə, qələbə həmişə xoşdur. Deməzdim ki, qış fasiləsindən sonrakı ilk turda bütün komandaların gücü ortaya çıxdı. Baxaq görək, bu tempi neçə tur davam etdirmək olar.
- Baş məşqçi adını 18-liyə daxil etsə də, səni meydanda görmədik.
- Əslində zədəm tam sağalmayıb. Ancaq ehtiyat üçün adım 18-liyə salınmışdı. İstəyirəm tam sağaldıqdan sonra oyuna çıxım. Çünki bir dəfə "Qarabağ"la oyunda zədəli halda meydana çıxdım və bunun acısın çəkdim. Yenidən həmin vəziyyətə düşməmək üçün hələ gözləməliyəm.
- "Simurq"la oyunda meydana çıxa bilərsən?
- İstərdim ki, hazır olsam da, hələlik özümü qoruyum. Çünki bizi qarşıdakı turlarda çox çətin qarşılaşmalar gözləyir. Həmin matçlarda komandama kömək etməliyəm.
- Bütün klublarımızdan fərqli olaraq "Bakı" qış fasiləsində yeni transfer etmədi...
- Yəqin ki, baş məşqçinin özünün planları var. Düzdür, heyətimiz genişdir. Ancaq biz də istəyirdik ki, komanda yeni oyunçularla güclənsin. Futbolçunun sayı nə qədər çox olsa, o qədər də güclü rəqəbt olar və nəticədə komanda qazanar. Ancaq transferlər edilmədi. Bununla belə biz yenə çox şeyə qadirik.
- Yeni transfer olunmadı, üstəlik Kamran Ağayev və Mindauqas Kalonas kimi futbolçular komandadan göndərildi. Buna münasibətin necədir?
- Mən də Kamranın komandadan ayrılmasına təəssüfləndim. Bu xəbəri İspaniyada olanda eşitdim. Kamranın özü ilə bunun səbəbi haqda danışmaq istədim, ancaq əlaqə yarada bilmədim. Düzü, onun niyə transferə çıxarılması haqda dəqiq məlumatım yoxdur.
- Onun intizamsızlıq etdiyi iddia olunur.
- Mən də bunu eşitmişəm. Ancaq Kamran həmişə mənimlə birlikdə olub. İndiyədək ondan bir intizamsız hərəkət görməmişəm. Yəqin ki, Kamran üçün yeni klubunda hər şey yaxşı olacaq. Çünki "Qəbələ" də çox yaxşı komandadır və Kamran ora getməklə heç nə itirməyəcək, əksinə daha da artıracaq.
- "Bakı"nın hazırkı heyəti "Qarabağ", "Qəbələ" və "Neftçi" kimi komandalarla mübarizəyə qadirdir?
- Həmin komandaların yaxşı heyəti var. Ancaq biz də fərdi keyfiyyətləri yüksək olan futbolçulardan təşkil olunmuş komandayıq. Qarşımıza qoyduğumuz əsas məqsəd avrokuboklara vəsiqə qazanmaqdır. "Bakı" bu il ən azı avrokuboklarda çıxış etməlidir. Təbii ki, çempionluq da hər bir komandanın arzusudur. Ancaq real danışmaq lazımdır. Bizə Çempionlar Liqası haqda düşünmək tezdir. İndi əsas hədəfimiz Avropa Liqasıdır.
Ramiq AĞAMƏMMƏDOV
5 qol vurdu, ayın ən yaxşısı oldu
"Barselona" Avropa Klublar Assosiasiyasına qayıtdı
Misli Premyer Liqasında 6 oyunun hakimləri
İngiltərədə yanvarın ən yaxşı məşqçisi seçildi
Mbappe sabah oynayacaq?
İqor Tudor “Tottenhem”ə gətirilir
Azərbaycan çempionatının son 1/4 finalçıları məlum oldu
Milli komandalarımızın yeni məşqçiləri açıqlandı
Emreli 3 ay sonra yenidən məşqdə - Şəkillər
2030-cu ilə qədər "Bavariya"da - Rəsmi
Azərbaycan millisi Avropa çempionatında iştirak edəcək
“Məni ən çox inkişaf etdirən futbolçu Messi olub” - Mourinyo
Simeonedən Yamala təxribatçı jest - Şəkil
UEFA-nın növbəti Konqresi Qazaxıstanda
"Sabah" hər ikisi ilə yolları ayırdı
"Onunla Azərbaycan millisinə dair danışacağam"
Azərbaycan millisinin oyunlarının təqvimi - Millətlər Liqası
Məşhur futbolçu "Əl-Hilal"la müqaviləni uzatdı
"Atletiko" "Barselona"ya 4 qolu belə vurdu - Video
Ançelotti heç yerə getmir
"Barselona" 37 il sonra ilk dəfə...
Azərbaycan çempionatında tay-brek günü
"Arsenal" bu cür xal itirdi - Video
Flikin ən ağır məğlubiyyəti
"Atletiko" "Barselona"nı darmadağın etdi
FİFA-dan "Atletik"ə sərt cəza
Sterlinqin yeni klubu bilindi - Rəsmi
Şamaxıda vurulan 6 qol - Video
"Qarabağ"ın prezidenti "Neftçi"yə təşəkkür etdi
"C Liqasına qayıdacağımıza inanıram” - Ayxan Abbasov
Benzemaya görə matçlara çıxa bilməyəcəklər
UEFA Millətlər Liqasının püşkü atıldı
"Atalanta"nın futbolçusu sıradan çıxdı
Millimizin rəqibləri bəlli oldu - Millətlər Liqası
"Qarabağ" – "Nyukasl" matçına nə qədər bilet satılıb?
"Neftçi" - "Qarabağ" oyunu təxirə salındı
“Zirə” millinin üzvünü heyətinə qatdı - Rəsmi
Məşhur məşqçi oyun zamanı huşunu itirdi
UEFA-dan avrokuboklara qatıla bilməyən klublara böyük dəstək
Balotelli yeni klubunda irqçi təhqirlərə məruz qaldı
1-ci liqada 14-cü turun ilk matçları baş tutdu