AZAL klubunun baş məşqçisi Vaqif Sadıqovun Qol.Az saytına müsahibəsi
- Digər klublardan fərqli olaraq təlim-məşq toplanışını ölkə daxilində keçirdiniz. Komandanızın hazırlıq səviyyəsi necədir, çatışmazlıqları aradan qaldıra bilmisiniz?
- Bilirsiniz ki, qış fasiləsi zamanı bizi beş futbolçu tərk etdi. Çalışdıq ki, ilk növbədə onların yerini dolduraq. Müəyyən qədər buna nail olmuşuq. Çünki qapıçıdan tutmuş hücumçuya qədər yeni transferlər etmişik. Demək olar ki, bir ay ərzində futbolçu axtardıq. Heyf ki, formalaşmış heyətlə hazırlaşmaq üçün vaxtımız az oldu. Buna baxmayaraq, qarşımıza qoyduğumuz plana uyğun olaraq, səmərəli şəkildə məşq etdik, bir neçə yoxlama oyununda qüvvəmizi sınadıq. Təəssüf ki, bir neçə zədəli futbolçumuz var.
- Qış fasiləsi zamanı heyətə 6 yeni futbolçu cəlb etdiniz. Onların fiziki durumu, oyun səviyyəsi nə dərəcədə sizi qane edir?
- Onların arasında gənclər də var, təcrübəli futbolçular da. Üç əcnəbi oyunçu almışıq. Onlardan ikisi hücumçu, biri isə müdafiəçidir. Təbii ki, hər bir məşqçi bundan da yaxşısını istəyər. Ancaq əlimizdə olan bunlar idi və mən bəyəndiklərimi seçdim. İnanıram ki, komandaya yeni nəfəs gətirə bilərlər.
- Əsasən AZAL-ın hücum xəttində çatışmazlıqlar var idi. Bu problemi aradan qaldıra bildiniz?
- Bəli, demək olar ki, 18 tur ərzində hücumçusuz oynamışıq. Həmçinin bizi tərk edən futbolçulardan da ikisi hücumçu idi. İndi yeni hücumçularımız var. Onların işlərinin öhdəsindən nə dərəcədə gələcəyini çempionatın gedişində görəcəyik. Hər halda çalışmışıq ki, yeni dəvət olunan futbolçular komandamız güc qata biləcək səviyyədə olsunlar.
- Baxışda olan futbolçular haqda hansı qərar veriləcək?
- Baxışda iki futbolçu var idi. Onlardan biri malili dayaq yarımmüdafiəçisi Braham Keyta idi. Çox istərdik ki, onu heyətə cəlb edək. Ancaq heyf ki, bizim şərtlərimizlə razılaşmadı və komandanı tərk etdi. Digər futbolçu isə Trinadan və Tobaqodan olan hücumçu Jumol Harevoddur. O, hələ baxışdadır. Çox güman ki, bu futbolçu ilə müqavilə imzalayacağıq.
-Bir neçə gündən sonra sizi Premyer Liqada "İnter"lə çətin oyun gözləyir...
- Başa düşürük ki, bu oyunun hər iki komanda üçün həlledici rolu böyükdür. "İnter" 4-cü, biz isə 7-ci yerdə qərarlaşmışq. Ancaq 3 xal fərqimiz var. Çempionatda iddiamızı davam etdirmək istəyiriksə, mütləq qələbə qazanmalıyıq. Müəyyən çatışmazlıqlara baxmayaraq, çalışacağıq ki, ilk oyunda qələbə qazanıb yolumuza uğurla davam edək. Çempionat hazırda çox rəqabət var. Çempionatımızın səviyyəsinə görə dünya reytinqində 41 pillə irəliləmişik. İldən-ilə çempionatın səviyyəsi artır. Bu da ondan irəli gəlir ki, komandalar getdikcə püxtələşirlər. Yəni bu gün çempionatımızda zəif komanda yoxdur. Hər bir turda gərgin mübarizənin şahidi oluruq. Premyer Liqanın ilk yarısında sübut etdik ki, hər bir rəqiblə mübariə apara bilirik. Bundan sonra da çalışacağıq ki, istənilən rəqiblə başabaş mübariə aparaq.
- Sonda bir məsələyə münsibətinizi öyrənmək istərdik. Siz də bir vaxtlar "Neftçi"nin baş məşqçisi olmusunuz. Nazim Süleymanovun istefasından sonra "Neftçi"nin bəzi futbolçularının onun haqqında xoşagəlməz açıqlamalar verməsindən xəbərdarsınız?
- Həmin müsahibələri oxumasam da, bu haqda eşitmişəm. Hesab edirəm ki, bu nə "Neftçi"yə, nə futbolçuya, nə də insana yaraşan hərəkətdir. Məncə, suala ən doğru cavab budur. Bu problemlərin kökünü tam başqa yerdə axtarmaq lazımdır. Qeyd etdiyim kimi belə açıqlamalar vermək insanlığa sığmayan haldır.
Ramiq AĞAMƏMMƏDOV
"Real”ın futbolçusu sıradan çıxdı
Haalandın bombardirlər arasında da rekordu var
"Portuqaliya mən gələnədək heç nə qazanmamışdı"
"Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxır
“Qarabağ”la oyunda zədələnən Laviya uzun müddət oynamayacaq
“Ayaks” baş məşqçisi ilə yollarını ayırdı
"Fiziki cəhətdən zəif təsir bağışladıq" - Yevgeni Kukseviç
Lukmanla baş məşqçi arasında soyuq küləklər əsir
Futzal millimiz məğlub oldu
Fransa yığmasının Azərbaycanla oyun üçün heyəti açıqlandı
“Araz-Naxçıvan”ın 1/8 finaldakı rəqibi müəyyənləşdi
Mourinyo: "Mən hakimi sevmirəm, o da məni"
Şimal derbisində 6 qol, "Zaqatala"dan qələbə
Millimizdən İslamiadada növbəti qələbə
Lovğa-lovğa gələn “Çelsi”ni tapdayıb keçdilər
"Qarabağ"da şok itki
Türkiyə klublarının bugünkü oyunlarını yayımlayacaq kanallar
Murad Musayev Rusiyada ən yaxşı seçildi
"Çelsi"yə qalib gələ də bilərdik" - Marko Yankoviç
“Kayrat” azarkeşlərindən “Qarabağ”a möhtəşəm dəstək - Video
Türkiyə klubunun üzvü millimizin heyətindən çıxarıldı
Avrokuboklarda 200-cü oyun, 250-ci qol
Naci Şensoy bu klubun baş məşqçisi oldu
AFFA bu klubları cərimələdi
Azərbaycan derbisinə doğru: Baş məşqçilər
Misli Premyer Liqası: "Zəfər turu"nun hakim təyinatları
“Avropa klublarından maraq ola bilər” - Elvin Cəfərquliyev
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
UEFA-da xalımızın üstünə xal gəldi
“Kiçik büdcə ilə böyük xəyallar quranların gecəsi” - Şəkil
İslandiya millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı
Osimhenin het-triki, "Qalatasaray"ın səfər qələbəsi - Video
"Qarabağ"ın "Çelsi" ilə tarixi heç-heçəsi - Video
"Heç-heçə ədalətli nəticədir" - Bəhlul Mustafazadə
"Qarabağ" Çempionlar Liqasında neçəncidir?
AFFA prezidenti "Qarabağ"ı təbrik etdi